BolgeXeber.Com » Xəbərlər » Yol polisi küçələri təmizləyən qadınları da unutmadı - Bayram təbriki - VİDEO

Yol polisi küçələri təmizləyən qadınları da unutmadı - Bayram təbriki - VİDEO

8-03-2022, 16:44
Oxunub: 2 056 Bolgexeber.com bildirir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.
İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, rəhbərliyin göstərişinə əsasən YPX əməkdaşları tərəfindən xanımlara hədiyyələr təqdim olunur. Hər il olduğu kimi küçələrdə təmizlik aparan xanımlar ilk olaraq təbrik edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb və müxtəlif hədiyyələr təqdim olunub. Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.