BolgeXeber.Com » Xəbərlər » Azərbaycanın Ukraynadakı keçmiş səfiri axtarışa verilib

Azərbaycanın Ukraynadakı keçmiş səfiri axtarışa verilib

9-03-2022, 19:54
Oxunub: 1 336 Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.
79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirləndirilir.
Qeyd edək ki, Tələt Müseyib oğlu Əliyev 1942-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışıb. T.Əliyev eyni zamanda 2002-2006-cı illərdə Azərbaycanın Belarus və Moldovada da səfiri işləyib.