BolgeXeber.Com » Xəbərlər » Anası və bacısını qətlə yetirən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu

Anası və bacısını qətlə yetirən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu

10-03-2022, 17:52
Oxunub: 1 272 Beynəlxalq axtarışa verilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Murad Niftizadənin ekstradisiyası haqqında qərar qəbul edilib.
Sabunçu Rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Murad Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Murad Niftizadə Rusiya Federasiyasının ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub, 2022-ci il martın 10-da Rusiyadan Azərbaycana gətirilib.