BolgeXeber.Com » Xəbərlər » Britaniya rus oliqarxların 15 milyardını dondurdu - SİYAHI

Britaniya rus oliqarxların 15 milyardını dondurdu - SİYAHI

10-03-2022, 18:24
Oxunub: 1 328 Böyük Britaniya Rusiyaya qarşı sanksiyalarını genişləndirərək daha 7 rusiyalı oliqarxı qara siyahıya salıb.
Bolgexeber.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi müvafiq sənəd dərc edib.
““Rosneft”in baş direktoru İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, VTB Bankın rəhbəri Andrey Kostin, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç, sahibkar Oleq Deripaska (EN+ Group), Rusiya Bankının Direktorlar Şurasının sədri Dmitri Lebedev və Transneft-in rəhbəri Nikolay Tokarev sanksiyalara məruz qalıb”, - sənəddə qeyd edilib.
Bildirilir ki, bu şəxslərin hamısının Böyük Britaniya ərazisinə girişi qadağandır, onların ölkədəki aktivləri dondurulur:
““Böyük Britaniya hökumətinin [Prezident Vladimir] Putini və onun ətrafını təcrid etmək səylərinin bir hissəsi olaraq bu oliqarxların Böyük Britaniyadakı ümumi dəyəri təxminən 15 milyard funt-sterlinq olan aktivləri dondurulacaq. Onların bura səyahət etməsi qadağandır və Britaniya vətəndaşları və ya şirkətləri onlarla iş görə bilməz”. //Yeniavaz.com//