BolgeXeber.Com » Xəbərlər » Rusiyanın Ukraynada daha bir generalı öldürüldü

Rusiyanın Ukraynada daha bir generalı öldürüldü

19-03-2022, 10:47
Oxunub: 1 112 Çernobayevka aerodromunda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komandiri, qvardiya general-leytenantı Andrey Mordviçev həlak olub.
Bolgexeber.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksey Arestoviç təsdiqləyib.
Onun sözlərinə görə, Rusiya Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsi komandirlə birlikdə məhv edilib.