BolgeXeber.Com » Xəbərlər » Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anıldı

Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anıldı

31-03-2022, 16:14
Oxunub: 1 568 Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquqi-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər şəhərində Şəhidlər Abidə Kompleksini ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoylub.
 
Sonra mərasim iştirakçıları məktəblilərin    31-mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş rəsmlərindən  ibarət   sərgiyə baxıblar. İcra başçısı bildirib ki,  1918-ci il 30 mart gecə saatlarında Bakıda başlanan kütləvi qırğında 20 minə yaxın günahsız insan, o cümlədən çox sayda qoca, uşaq və qadının qətli törədilib.
 
Aprelin 2-də davam edən kütləvi qətlləri Stepan Şaumyanın rəhbərlik etdiyi erməni  bolşevik dəstələri  törədib, müsəlman ziyarətgahları yandırılıb, Bakı əhaslisinin 400 milyon manatlıq əmlakı müsadirə olunub. Qətlam zamanı Təzəpir məscidi top atəşinə tutulub, Azərbaycanın memarlıq incilərindən sayılan “İsmailiyyə” binası yandırılıb.
 
 Soyqırım siyasəti tək Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də onlar Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız insanların sayı 16 mindən artıq olub. Lənkəran, Muğan bölgəsi  və Dağlıq Qarabağda minlərlə kənd yandırılıb, on minlərlə   insan vəhşicəsinə qətlə yetirilib.
 
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1992-ci il 26 fevralda törədilmiş “Xocalı Soyqırımının ermənilərin azərbaycanlılara qarşı soyqırım  siyasətinin davamı olduğunu bildirib.
 
Qeyd olunub ki, Xocalı Soyqırımında 613 nəfər-63 uşaq, 106 nəfər qadın,  70 nəfər qoca həlak olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib 487 nəfər yaralanıb, 125 nəfər əsir götürülüb. 150 nəfər itkin düşüb. Dövlət və xalqın əmlakına 5 mlrd rubl dəyərində ziyan dəyib.
 
Umummilli Lider  Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırım günü kimi qeyd olunur.  
 
Bu münasibətlə 31 mart tarixində dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri,  konfranslar keçirilir, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım pislənilir, bütün dünya erməni vəhşiliyinin  təzahürləri ilə tanış edilir. Bu istiqamətdə Heydər Əliyev fondunun  təşəbbüsü ilə   müxtəlif ölkələrdə keçirilən tədbirlər,   foto və rəsm əsərlərindən ibarət sərgilər, konfranslar  təqdirə layiqdir. 
 
Azərbaycan xalqı ona qarşı törədilən soyqırımı heç vaxt unutmur, soyqırımda qətlə yetirilmiş günahsız insanların xatirəsini həmişə yad edir.