Siyəzəndə dələduzluq edərək 16 min manatı ələ keçirən şəxs saxlanılıb
17-02-2023, 10:23
Oxunub: 1 240
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgexeber.com-a bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini Mazan Əzimov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, M.Əzimov vətəndaşlara qarşı dələduzluq etməklə ümumilikdə 16000 (on altı min) manat civarında pulu ələ keçirib.
Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları Mazan Əzimovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidməti zəng mərkəzinə, həmçinin Siyəzən RPŞ-yə müraciət etmələri xahiş olunur.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman