BolgeXeber.Com » Xəbərlər » "Avroviziya-2023" başladı

"Avroviziya-2023" başladı

10-05-2023, 09:00
Oxunub: 944
Böyük Britaniyanın Liverpul şəhərində "Avroviziya-2023" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

Bolgə.TV xəbər verir ki, yarışmanın birinci yarımfinalında Azərbaycan, Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiyadan olan təmsilçilər çıxış edəcəklər.

Ölkəmizi "Tell me more" mahnısı ilə təmsil edən Turan və Tural Bağmanov qardaşları 12-ci nömrə altında səhnəyə çıxacaqlar.

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən yarışmanın növbəti yarımfinalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.