BolgeXeber.Com » Siyasət » 8 kəndlə bağlı müzakirələr aparılır - XİN başçısı

8 kəndlə bağlı müzakirələr aparılır - XİN başçısı

28-12-2023, 16:46
Oxunub: 1 904

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşlərdə Ermənistanın işğalı altındakı 8 kəndlə bağlı müzakirələr aparıldığını bildirib.


Bolgə.TV xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, bu məsələ ilə bağlı rəsmi İrəvanın da müəyyən iddiaları var:

"Biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə aid olmasında kimsədə şübhə yoxdur. Bizim mövqeyimiz ədalətlidir".

Nazir vurğulayıb ki, delimitasiya prosesi kifayət qədər spesifik və texniki məsələdir:

"Sərhəd məsələsi delimitasiya prosesinin tərkib hissəsi olaraq həllini tapmalıdır. Azərbaycan sülh məsələsinin mümkün qədər tez həllini tapmasında maraqlıdır. Amma delimitasiya məsələsi daha uzun çəkə bilər".