BolgeXeber.Com » Siyasət » Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

13-01-2024, 12:54
Oxunub: 1 232

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.


Bolgə.TV xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

“Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk" - paylaşımda qeyd olunub.


Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.