BolgeXeber.Com » Siyasət » Müdafiə sənayesi nazirinin yeni müavini kimdir? - Dosye

Müdafiə sənayesi nazirinin yeni müavini kimdir? - Dosye

13-01-2024, 11:22
Oxunub: 1 152

Müvafiq əmrlə Hidayət Əzimov müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.


Bolgə.TV xəbər verir ki, 1985-ci ildə Bakıda anadan olan H.Əzimov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.

2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

Bu vəzifəyə təyin olunmazdan əvvəl Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

2018-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.