BolgeXeber.Com » Bölgə » Kürdəmirdə vəzifə uğrunda savaş

Kürdəmirdə vəzifə uğrunda savaş

11-03-2014, 08:35
Oxunub: 3 849 Kürdəmirdə icra hakimiyyətinin birinci müavini Vasif Məmmədov rayonun idarə rəhbərlərini mətbuat vasitəsi ilə vurdurur

Qeyd edək ki,son zamanlar Kürdəmirin bir sıra idarə müdirləri mətbuatda kəskin tənqid olunur. Lakin Bolgexeber.com-un redaksiyasına daxil olan məlumatda bildirirlir ki, bunun başqa səbəbi də var. Belə ki, rayondakı məsul şəxslər haqda ifşaedici faktlar bilərəkdən mətbuata ötürülür ki, onlar gözdən salınsın . Mənbə bildirir ki,bu kimi addımlar isə əslində Kürdəmirin icra başçısı İrşad Əliyevə qarşı yönəlib. Bolgexeber.com-a daxil olan məlumata görə icra başçısına qarşı yönələn bu addımın kökündə icra başçısının birinci müavinin rayonda icra başçısı vəsifəsinə iddialı olmasıdır. Vasif müəllimin məhz bu məqamda aktivləşməsi isə verilən məlumata görə icra başçısı İrşad Əliyevin səhhətində problemlərin yaranmasıdır.Məhz bundan istifadə edən birinci müavin hücuma keçmək üçün indiki məqamı daha münasib sayır. Mənbə bildirir ki, birinci müavin hətta birbaşa icra başçısı İrşad Əliyev haqda tənqidi materialları mətbuata ötürməkdən çəkinmir.Maraqlıdır ki, icra başçısı haqda təbliğat aparılır ki,o qocalıb, xəstədir və artıq vəzifəsinin öhdəsindən gələ bilmir.Bildirlir ki, hətta Vasif Məmmədov bu yaxınlarda icra başçısı rayonda olmadığı müddətdə rayonun idarə rəhbərlərini yığaraq onlara bildirib ki, artıq onlar məhz onunla hesablaşmalıdırlar. Yerli məmurlara bildirilib ki,qarşıdan gələn bayram ilə və ümumiyyətlə rayonda keçiriləcək tədbirlərlə əlaqədar onlar müəyyən vəsait ödəməlidirlər.Bundan başqa təyin olunan aylıq məbləğlər də açıqlanıb. Çox güman ki, bütün bunlardan İrşad Əliyevin məlumatı yoxdur.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com