BolgeXeber.Com » Bölgə » Səlim Müslümovdan yaxın qohumu olan Ağsunun icra başçısına xəbərdarlıq
Səlim Müslümovdan yaxın qohumu olan Ağsunun icra başçısına xəbərdarlıq
11-03-2014, 06:15
Oxunub: 4 068
«Əgər işləmək istəmirsə, getsin, işləyirsə, məni bitirən addımlarını dayandırsın»
Belə ki, nazir qohumuna əngələ çevrilən Ənvər Seyidəliyevdən şikayətlərin artması və bu məsələnin Prezident Administrasiyasında problem kimi qabardılması Səlim Müslümovun Ağsu şefini danlamasına qədər inkişaf edib.
Rayondakı qaynaqlardan verilən məlumata görə, ümumiyyətlə nazir qohumuna güvənən Ənvər Seyidəəliyev hətta «yuxarıların» tapşırıqlarını belə yerinə yetirməkdən yayınır: «Məsələn, gənc kadrların vəzifələrə təyin olunması məsələsi az qala ölkənin bütün rayonlarında həyata keçirilsə də, bu siyasətə Ağsuda əməl olunmur. Bununla bağlı dəfələrlə Seyidəliyevə iradlar da tutulub».
Mənbəmiz bildirir ki, artıq vəziyyətin bu şəkli alması Ənvər Seyidəliyevə əlavə başağrıları da yaradıb: «Dünən icra başçısına nazirin adından sonuncu xəbərdarlıq çatdırılıb. Hətta bu xəbərdarlıqda «əgər işləmək istəmirsə, getsin, işləyirsə, məni bitirən addımlarını dayandırsın» ismarıcının yer alması da vəziyyətin qəlizliyinə işarədir».
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…/dia.az/
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər