BolgeXeber.Com » Bölgə » Şəki Mərkəzi Xəstəxanasında salamı belə pula alırlar-Foto

Şəki Mərkəzi Xəstəxanasında salamı belə pula alırlar-Foto

11-03-2014, 09:30
Oxunub: 4 138 «Şəkinin ən böyük sosial problemlərindən biri hazırda səhiyyə problemidir. Belə ki, Şəki rayonunda səhiyyə sistemi tamimilə korrupsiyalaşmış biabırçılıqdan ibarətdir»

Savash.org xəbər verir ki, bu sözləri Şəki şəhərindən ünvanlanmış şikayət məktubundandır. Şikayətçilərin bildirdiyinə görə, Şəki rayon Mərkəzi Xəstəxanasında həkimlər və tibb personalı xəstələrdən və onların yaxınlarından salamı belə pula alırlar. Bu «sistemi» isə Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev tətbiq edib. Çünki baş həkimdə öz işçilərindən salamı pula alır.
Şikayətçilər bildirirlər ki, Şəkidə səhiyyə xidmətləri hər gün artır, ən adi tibbi yardım üçün həkimlər onlara müraciət edənlərdən 10-20 manat arasında qanunsuz pul tələb edirlər. Dövlətin verdiyi səhiyyə xidmətinin pulsuz olduğu ölkəmizdə Məcid Əliyev Şəkidə hər gün səhiyyə xidmətlərinin qanunsuz qiymətini qaldırır. Şikayətçilər qeyd edir ki, dövlətin Şəki səhiyyəsi üçün ayırdığı bütün vəsaitləri rayon rəhbərliyi ilə birlikdə mənimsəyən baş həkim faktiki olaraq bunun əvəzini biçaərə və imkansız xəstələrdən çıxır.



Ümumi məbləğ 1870974,49
Demək olar ki, hər xəstəyə xərçəng diaqnozu qoyulmasını tələb edən Məcid Əliyev bununla prezidentin yaxın qohumu, Mərkəzi Onkologiya Mərkəzininin baş həkimi akademik Cəmil Əliyevin diqqətini özünə cəlb etmək istəyir.
mecid
Xatırladaq ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində 5 şəhər xəstəxanası, 7 poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi fəaliyyət göstərir. Bundan başqa səhiyyə idarəsində 700 qədər həkim tibb işçisi və digər işçilər işləyir. Şikayətçilər bildirirlər ki, kəndlərdəki səhiyyə ocaqlarının məskunlaşdıqları binalara nəzər yetirsək bura heçdə ilkin tibbi yardım mərkəzinə oxşamır. Bu tibb məntəqələri daha çox 19-cu əsrin daxmalarına bənzəyir və adam Şəkinin kəndlərində tibb ocaqlarına baxdığı zaman doğurdan 21-ci əsrdə yaşadığına belə inana bilmir.
Qeyd edək ki, Şəki Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlər barədə apaprdığımız araşdırma da isə şok yeyinti ilə rastlaşdıq. Belə ki, ancaq Şəki Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin silinməsinə nəzər yetirdikdə bu yarasız kənd sahə xətəxanalarının və tibb məntəqələrinin hesabına hər il yüz minlərlə manat vəsaitlərin silinərək mənimsənildiyi üzə çıxır. Son bir ildə Şəki Rayon Mərkəzi Xəstəxanasına 1,3 milyon manatdan çox vəsait ayrılıb. Həmin vəsait əsaslı və cari təmir, avadanlıqlar, inventarlar, ərzaq malları, çörək malları, digər xərclərə, maşın avadanlıqlarına, mətbəə xidmətlərinə və dəftərxana ləvazimatlarının alınmasına xərclənib.
Xərcləmələrdə ən ilginc fakt isə Şəki Rayon Mərkəzi Xəstəxanasının ötən il nə az, nə çox tam 105 manatlıq dəftərxana ləvəzimatı işlətməsi oldu. Kəndlərdə tibb ocaqları uçuq-sökük daxmalardan ibarət olan Şəki Rayon Mərkəzi Xəstəxanasının bir ildə yüz min manatdan artıq dəftərxana ləvazimatının işlətməsi doğurdan adama fantastik görününr və bu açıq korrupsiya faktı kimi dəyərləndirilə bilər. Çünki normalda 105 min manatlıq dəftərxana ləvəzimatı ilə ölkəninin bütün səhiyyə sisteminin dəftərxana ləvazimatına olan ehtiyacını ödəmək mümkün olar.
Amma Məcid müəllim təkcə 300 min manat vəsaiti tibb ocaqlarına çörək və ərzaq məhsullarını almaq üçün xərcləyib ki, bu da heç inandırıcı görünmür. Çünki şikayətçilərin bildirdiyinə görə ambılator şəraitdə yatan xəstələrə nəinki yemək, heç quru çörəkdə vermirlər və xəstələr bunu xəyal belə eləmirlər. O zaman təbii olaraq ortaya sual çıxır. Məcid Əliyev aldığı 300 min manatlıq yeməyi kimlərə yedizdirib?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…