BolgeXeber.Com » Bölgə » Sumqayıtda əsgərlər üçün məktəblərdən pul yığılır

Sumqayıtda əsgərlər üçün məktəblərdən pul yığılır

12-03-2014, 06:25
Oxunub: 3 975 5 saylı orta məktəbdən start götürən proses digərlərinə də transfer olmağa başlayıb

Dünəndən etibarən Sumqayıtdakı orta məktəblərdə Azərbaycan Ordusunda qulluq edən əsgərlərə Novruz sovqatı aparmaq üçün pul yığmağa başlayıblar.Verilən məlumata görə, şagird və müəllimlərdən toplanan məbləğ 1 manatdır.

Məlumatı verən şəxslər bildiriblər ki, proses ilk olaraq Sumqayıt şəhərində yerləşən 5 saylı orta məktəbdən başlayıb. Eyni zamanda, prosesin digər məktəblərə də keçdiyi bildirilir.

Belə bir göstərişin isə təhsil şöbəsinin rəhbəri tərəfindən verildiyi deyilir.