BolgeXeber.Com » Bölgə » Ağcabədidə vəziyyət kritik həddə çatıb

Ağcabədidə vəziyyət kritik həddə çatıb

15-03-2014, 07:40
Oxunub: 4 623 Suvarma Sistemləri idarəsinin rəisi ilə əlbir olan Şahin Məmmədovun zülmü əhalini ayağa qaldıra bilər

Ağcabədi rayonunda vəziyyət təhlükəli vəziyyət yaranıb. Verilən məlumata görə, durumu ağırlaşdıran əsas amil icra başçısı Şahin Məmmədovun özbaşınalığı və əhaliyə zülm etməsidir. Məlumatda vurğulanır ki, icra başçısı heç bir normannı gözləmədən istənilən cür danışa və ya hərəkət edə bilər. Onun bir zamanlar yaxın münasibəti olduğu xanımları vəzifə başına keçirməsi də bu xarakterin təzahürü kimi diqqəti çəkir. TİA.AZ-a verilən məlumatlarda o da vurğulanır ki, Ağcabədnin icra başçısı ancaq dövlət qəzetlərində məqalələr çap etdirir və özünü təriflətdirir. Bu işləri onun üçün həyata keçirən bölgə müxbiri də pis dolanmır və Məmmədov vaxtaşırı onun boğazını «yaşlayır».Qeyd olunur ki, Ağcabədidə dözülməz vəziyyətin yaranmasının başlıca səbəbi məmur zbaşınalığıdır. Həmin özbaşınalığı doğuran səbəb isə Şahin Məmmədovun məmurlardan daha çox pul tələb etməsi, onlardan haqq istəməsi, habelə rayonda çəkilən xərclərin onlara «yüklənilməsi»dir. Vurğulanır ki, tələb olunan pulları tapmaq və bir araya gətirmək məcburiyyətində olan yerli idarə və müəssisə rəhbərləri onu camaatdan çıxarır. Düzdür, burada ələ düşən fürsət məsələsini də yaddan çıxarmaq olar. Amma ona rəvac verən isə rayonun rəhbərliyidir. Məlumatlarda o da vurğulanır ki, Şahin Məmmədovun ən yaxın «silahdaşı» Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyevdir. Deyilənlərə görə, Əli Əliyev büdcə vəsaitlərini talamaqda mahir şəxslərdən biri hesab olunur. Üstəlik, onun adı bir neçə dəfə qalmaqallı məsələlərə qarışıb. Bundan əlavə Əli Əliyev həm də icra başçısının ən yaxın adamı olmaqla rayonda pul yığılmasından tutmuş, məmurları proseslərə cəlb etməyə qədər bütün işlərə müdaxilə edəcək səlahiyyətdədir. Rayon sakinlərinin dediklərindən isə belə başa düşülür ki, vəziyyət dözülməz həddə çatıb və Ağcabədidə hər an hər şey ola bilər. Daha doğrusu, mövcud narazılıq insanların kütləvi şəkildə küçələrə axışmasına gətirib çıxaracaq. Sakinlər onu da deyirlər ki, proseslərin qarşısı alınmazsa, aksiya məsələsi qaçılmaza çevriləcək.