BolgeXeber.Com » Bölgə » Sumqayıtda 8 minə yaxın işçinin iki aylıq maaşını kəsib

Sumqayıtda 8 minə yaxın işçinin iki aylıq maaşını kəsib

15-03-2014, 08:30
Oxunub: 3 869 “Azenco” ASC-nin və Sumqayıt Texnologiyalar Parkının (STP) 8 minə yaxın işçisi yanvar-fevral aylarının maaşını ala bilmir. Yüksək voltlu elektrik ötürücü xətlərinin tikintisində işləyən “Azenco” ASC işçilərindən biri bildirib ki, onlara ayda 250 manata qədər cüzi əmək haqqı verilir. Maaşa əlavə olaraq, gündəlik 5 manat ezamiyyət pulu ödənilir. “Biz səsimizi çxara bilmirik, belə ki, hamı iş yerini itirməkdən qorxur”, deyə özünü təqdim etməkdən imtina edən gənc bildirib.

STP-də də analoji vəziyyət yaranıb. Burada orta aylıq əmək haqqı təxminən 400 manat təşkil edir.

“Azenco” ASC-nin ümumi şöbəsinin rəis müavini Mirzə Mirzəyev əmək haqlarının ödənişində uzunmüddətli gecikmənin səbəbini söyləməkdən imtina edib. O, şirkətə yazılı müraciət etməyi xahiş edib.

“Azenco” ASC “İNTERENERJİ” şirkətinə məxsusdur. 2009-cu ilin dekabrında şirkət “Azenco” şirkətinin 97.5 % həcmindəki payına sahib olaraq investisiya müsabiqəsinin qalibi elan olunub. STP “Azenco” ASC ili eyni qrupa daxildir. 2009-cu ildə “Azenco”nun aktivləri 500 mln. dollar olaraq qiymətləndirilirdi.

Xatırladaq ki, işçilərində narazılıq yaradan şirkətlər "Azenerji" prezidenti Etibar Pirverdiyevə və onun yaxınlarına aiddir.