BolgeXeber.Com » Bölgə » Salyanda 21 hinduşka oğrusu tutuldu

Salyanda 21 hinduşka oğrusu tutuldu

17-03-2014, 08:40
Oxunub: 4 102 Salyan polisi ev quşlarının oğurluğu ilə məşğul olan rayon sakinini saxlayıb.

Rayonun Xələc kənd sakini, 27 yaşlı Amal Mehdiyev şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. İlkin istintaq zamanı məlum olub ki, Amal Mehdiyev müxtəlif vaxtlarda 4 nəfər kənd sakininin təsərrüfatından ümumilikdə 21 baş hindtoyuğunu oğurlayıb. Nəticədə vətəndaşlara 700 manata yaxın ziyan vurub. Polis şöbəsində saxlanılan Amal Mehdiyev törətdiyi cinayətindən peşman olduğunu etiraf edib.
Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bolgexeber.com