BolgeXeber.Com » Bölgə » Gəncənin icra başçısı məktəblərə “haqq” qoyub?

Gəncənin icra başçısı məktəblərə “haqq” qoyub?

17-03-2014, 13:20
Oxunub: 4 321 Müəllimlərin sayından asılı olaraq 5 - 25 min manat ödənməlidir

Son günlər Gəncə şəhərində baş verənlər təhsil və səhiyyə işçiləri arasında çox böyük narazılığa səbəb olub.Belə ki, ölkə başçısı İlham Əliyev cənablarının fevral ayında Gəncə şəhərinə səfəri zamanı çox ciddi nöqsan və qüsurların olduğu ortaya çıxıb. Hətta yeni istifadəyə verilmiş Heydər Əliyev parkının nəzərdə tutulmuş standartlara cavab vermədiyi məlum olub. Ümumiyyətlə, ölkənin ikinci böyük şəhərində təhsilin, səhiyyənin aşağı səviyyədə olması diqqət mərkəzində olub. Ona görə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə ciddi iradlar bildirilib və mövcud problemlərin təcili aradan qaldırılması tələb olunub.

Digər tərəfdən Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) daxil olan məlumatda bildirilir ki, Bakı şəhər Maliyyə İdarəsinin şəhərdə apardığı yoxlamalar fevral ayından bu günədək davam edir. Gəncə şəhərindəki tam orta məktəblərdə aparılan yoxlama işlərindən sonra təhsil işçilərinin günü qara olub. 10-15 mart tarixlərində məktəblərdə aparılan iclas zamanı hər bir müəllimdən tələb olunub ki, aldığı aylıq əmək haqqının 50%-ni məktəbə təhvil versin.
Və bildirilib ki, bu cənab icra başçısı Elmar Vəliyevin tələbidir.

Hazırda Gəncə şəhər məktəblərində təkcə müəllimlər deyil, məktəb direktorları da çətin durumdadır. Çünki tələb olunan məbləği toplamaq olmur.
Vaxt isə başa çatmaq üzrədir. Məktəb direktorları 18 mart saat 12:00-dək tələb olunan məbləği mütləq çatdırmalıdırlar. Məbləğ isə belə müəyyən edilib: məktəblərin şagird və müəllim kontingentinin sayından asılı olaraq 5000-6000 manatdan, 20000-25000 manatadək.Hazırda Gəncə şəhərində təhsil və səhiyyə işçiləri problemdən çıxış yolu axtarırlar.
Qarşı tərəfin mövqeyini uşıqlandırmğa hazırıq.
Bolgexeber.com