BolgeXeber.Com » Bölgə » Xocavəndin icra rəhbəri başçılıqdan əlavə ticarətlə də məşquldur

Xocavəndin icra rəhbəri başçılıqdan əlavə ticarətlə də məşquldur

18-03-2014, 09:00
Oxunub: 3 788 Eyvaz Hüseynov rüşvət müqabilində təhsilisiz şəxslərə vəzifə satır

Azərbaycanın ən stajlı icra hakimi olan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1992-ci ildən bu vəzifədədir. Qarabağ müharibəsi veteranı olması, 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsinin komandiri olması, dəfələrlə döyüşdə yaralanması ona düşmən üzərində qələbə qazandırmasa da, yüksək vəzifələr uğrunda mübarizədə müəyyən imtiyazlar qazandırıb. Elə vəzifəsini qoruyub saxlamasında da bu amillərin mühüm rolu olub. Amma uzun illərin «başçılıq təcrübəsi» ona həm də özündən müştəbehlik sindromu qazandırıb. Bir növ «toxunulmazlıq statusu»na yiyələndiyini düşünən Eyvaz bəy özünü hakimimütləq hesab edir. Onun təşkil etdiyi məmur «çete»sinin rayona ayrılan dövlət vəsaitini necə talan etməsi, yerli əhəmiyyətli sosial problemləri həll etmək əvəzinə daha da dərinləşdirməsi barədə bu 20 ildən artıq müddət ərzində çox məlumat yayılıb. Başçının diplomsuz kadrları himayə etməsi, qardaşı İbad Hüseynovun döyüş rəşadəti haqda mif yaratması, fəaliyyətdə olan məktəbi sökərək öz qoyunları üçün ferma tikdirməsi və başqa qanunsuzluqlar barədə informasiyalar Eyvazın tükünü belə tərpətməyib. Onun Qaçqınkomun rəhbəri Əli Həsənov tərəfindən dəstəkləndiyi barədə məlumatlar saytımızda açıqlanandan sonra xocavəndli köçkünlər bilmirlər ki, bu məlumatı öz xeyirlərinə yozsunlar, yoxsa, əksinə. Amma onları dindirəndə məlum olur ki, məntiqlə düşünüb-daşınıb «ayının min oyunu var, bir armudun başında» zərb-məsəlini xatırlayırlar və iki yüksək çinli məmurun bir-birinə dəstək verməsindən kasıbın heç cür faydalana bilməyəcəyi nəticəsinə gəlirlər.

Böyük bir hissəsi işğal altında olan Xocavənd rayonunda korrupsiya hallarının getdikcə daha da artması barədə narahatlıq ifadə edən məlumatların çoxalması təşviş doğurur. Eyvaz Hüseynovun hakimiyyətindən narazı qalan elektoratın «sivri ucunda» Qaradağlı kənd camaatı gedir. Hərçənd, bu, ayrı söhbətin mövzusu olduğuna görə üstündə çox dayanmaq istəmirik.

Ancaq bütün deyilənlərə, yazılanlara baxmayaraq, özündənrazı başçının başı kefə qarışıqdır. Onun hətta bəzi dövlət əhəmiyyətli tədbirləri belə «prozevat» edərək, iştirak etməməsi, eyş-işrətə qurşanması ilə əlaqələndirilir. O da məlumdur ki, artıq «Ağ Ev»dən Eyvaz Hüseynova 2013-cü ilin seçki ili olduğu barədə xəbərdarlıq edilib.

Maraqlıdır ki, Eyvaz Hüseynovun «qələminin qırılacağı» təqdirdə o təkcə vəzifəsini deyil, həm də müsbət reputasiyasını itirəcəkdir. İllər uzunu idarəçilikdə tətbiq etdiyi qeyri-məqbul üsullarla özünə qazandığı düşmənlər onun üstünə birdən hücum edəcəklər.

Eyvaz Hüseynov da verdiyi qərarlarda, etdiyi hərəkətlərdə ehtiyatlı olmalı, özünə kənardan baxmalıdır. Əvvəla ona görə ki, insandır. İkincisi isə sıradan biri deyil, rəhbər vəzifənin daşıyıcısıdır. Üçüncüsü isə onun İcra Hakimiyyəti başçısı olduğu Xocavənd məhz köçkün rayonudur.

Azerinews.org-a daxil olan digər məlumata görə, Eyvaz Hüseynova xoşagəlməz əməllə sahibidir ki, əxlaqi nöqteyi-nəzərdən normal hal deyil. Yəni başçıya yaraşan normativlərdən kənardır.

Eyvaz bəyin Bakı səfərlərinin tezləşməsinin səbəblərinə gəlincə bəri başdan deməliyik ki, bu, heç də Rayon İcra Hakimiyyətinin illik, altıaylıq, rüblük, aylıq hesabatlarını Prezident Administrasiyasına təqdim etmək üçün deyildir. Onun paytaxtda gözəl bir xanıma bahalı ev kirayələdiyi, həmin xanıma qiymətli avtomobil və hətta sürücülük vəsiqəsi aldığı bildirilir.

Xatırladaq ki, Eyvaz Hüseynovun RİH başçısı kimi stajı əksər həmkarlarından çoxdur. Blə ki, o, 1992-cu ildən hazırki vəzifədə işləyir. Lakin onun öz mövqeyini indiyədək qoruyub saxlaya bilməsinin yeganə səbəbi erməni şovinisti Melkumyanı öldürən İbad Hüseynovun qardaşı olması deyil. Eyvazın «Qaçqınkom»un rəhbəri Əli Həsənov tərəfindən də himayə olunduğu barədə səhih məlumatlar var. Görünür, Eyvaz bəy də bu himayədarlığın əvəzini layiqincə ödəyir. Bu müstəvidə «əlin əli, əlin də üzü yumasının» yeganə yolu köçkünlərə ayrılan dövlət qayğısını qayçılamaq, hərəyə o qayçının bir qulpundan yapışmaqdır.

Bununla belə başçının yarıtmaz idarəçiliyindən təngə gələn xocavəndlilərin isə pessimist əhvalda qalmasını istəmirik. Nədən ki, onların ovqatına nikbinlik qatacaq müjdələr də var; məlumat var ki, artıq Prezident Administrasiyasından Eyvaz Hüseynova barmaq silkələnib. Ona xəbərdarlıq olunub ki, 2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir və bu nöqteyi-nəzərdən rayon əhalisini hakimiyyətdən incik salan hərəkətlərinə son qoymalıdır. Verilən məlumatlara əsasə, Eyvaz Hüseynovda, seçkilərdən sonra vəzifədən gedəçək başçılar arasındadı. Çünki, son illərdə Eyvaz Hüseynovun şəxsi mənafeyi, dövlətçilik maraqlarını üstələmişdir. Onunüçün də, Prezident sarayından ona edilən son xəbədarlıq, padşahlığının sonundan xəbər verir