BolgeXeber.Com » Bölgə » Bərdə və Tərtər camaatı bayramı keçirə bilməyəcək?

Bərdə və Tərtər camaatı bayramı keçirə bilməyəcək?

18-03-2014, 09:30
Oxunub: 3 586 Hər iki rayonda nağd pul çatışmazlığı yaranıb, pensiyaçılar ATM-lərin qarşısında növbə çəkirlər

Bərdə və Tərtərdə nağd pul çatışmazlığı yaranıb. Buna səbəb isə hər iki rayonda quraşdırılmış Kapital Bankın yerli filiallarının ATM-lərində pulun olmamasıdır. Bu barədə rayon sakinləri məlumat veriblər.Onlar bildiriblər ki, pensiya və təqaüdlər üç gündür bank tərəfindən hesablara köçürülüb. Lakin bu 3 gün ərzində ATM-lərin qarşısında uzun bir növbələr formalaşıb. Həmçinin ATM-lərdə bir manat pul belə yoxdur. Kapital Bankın yerli filialının nümayəndələri isə məsələ ilə bağlı heç bir açıqlama verməyiblər. Camaat deyir ki, aldıqları pensiya və təqaüdlərlə bayram bazarlığı edərək, bir gün də olsa xoş gün keçirmək fikrində olublar. Amma pullarını ala bilmədiklərindən nə edəcəklərini də bilmirlər.