BolgeXeber.Com » Bölgə » Gəncədə müəllimləri etiraza sürükləyən nədir?

Gəncədə müəllimləri etiraza sürükləyən nədir?

25-03-2014, 08:05
Oxunub: 4 259 Maliyyə Nazirliyinin Gəncə Təhsil İdarəsində apardığı yoxlamalara görə müəllimlərə “haqq” qoyulub?


Gəncə Təhsil İdarəsində Maliyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində iriçaplı korrupsiya və saxta diplomları özündə əks etdirən külli miqdarda maliyyə pozuntusu aşkar edildiyi barədə Moderator.az-a məlumat daxil olub.
Məlumata görə, nazirliyinin bir qrup əməkdaşı Gəncə Təhsil İdarəsinin son 10 ildəki ki, maliyyə-təsərrüfat fəaliyyətini yoxlamağa start verib. Nazirlik yoxlamanı başa vurmasa da Gəncə Təhsil İdarəsinin (Tİ) nəzdində fəaliyyət göstərən 45 ümummtəhsil məktəblərinin direktorlarına “haqq” qoyulduğuyla bağlı saytımıza məlumat sızdırılıb.
Belə ki, 12.03.2014-cü il tarixində Təhsil İdarəsinin müdiri Zakir Hüseynov tərəfindən direktorlar yığılaraq onlara göstərilən məbləği kollektivdən yığılması xəbərdarlığı edilib.Məbləğ isə hər bir məktəbin pedoqoji kollektivinin sayına görə müəyyənləşdirilib.Əks təqdirdə məktəblərə qoyulan “haqq” ödənilməyəcəyi təqdirdə direktorların işdən qovulacağı bildirilib. Gəncə Tİ-nə Zakir Hüseynov müdir təyinatını aldığı dövrdən Tİ-nə müəllim və işçilərin işə götürülməsində də ciddi nöqsan və qanun pozuntularına yol verilməsi yoxlama zamanı üzə çıxıb, belə ki, Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019 №-li əmri ilə təsdiq olunmuş “Azərbaycan Respubilkası Təhsil Nazirliyi nomenkulaturası”na uyğun olmayan, yəni testdən, müsabiqədən kənar qaydada 2008- 2013-cü illər ərzində 60 nəfər müəllim vakant yeri olmadığı halda 5-6 saat dərs yükünə işə qəbul edilib.Əvvəllər 39 saylı tam orta məktəbin direktoru olan Zakir Hüseynov Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalının saxta diplomları ilə Abbasova Sevinc Aydın qızını, Hüseynova Aynurə Rahat qızını və Məmmədova Elnurə Eldar qızını müəllim kimi işə qəbul etdiyi üzə çıxıb. Azərbaycan Respublikası baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinın apardığı yoxlama zamanı təkcə Gəncə təhsil sistemində 207 nəfər yuxarıda adları göstərilən 3 nəfərin də təhsil sənədləri dövlət nümunəli olmadığı üzə çıxsada bu günə kimi işdə saxlanılır.Gəncə Tİ-nin nəzdində fəaliyyət göstərən ümummtəhsil məktəblərinin 2010-2014-ci illərdə büdcə vəsaiti hesabına cari və əsaslı təmirin aparıldığı göstərilsə də ayrılmış olan külli miqdarda vəsaitlərin mənimsənilməsini komissiya üzə çıxarıb. Gəncə Tİ-nin anbarında aparılan yoxlama zamanı 2011, 2012, 2013-cü illər ərzində büdcə vəsaiti hesabına nazirlik, İdarə təşkilat və digər şirkətlər tərəfindən verilmiş inventar və avadanlıqların alınması və məktəblərə paylanması zamanı vəsaitlərin mənimsənilməsi üzə çıxıb.
Gəncə Təhsil Şöbəsinin daha bir qeyri-adi müəmması isə şəhərdə fəaliyyət göstərən 45 ümummtəhsil məktəblərinin direktorlarının 80% -Inin Təhsil Nazirliyi tərəfindən təsdiq edilməyərək 1 illik müqavilə əsasında işlədilməsidir. Gəncə təhsilində yarıtmaz fəaliyyəti ilə ad çıxaran Ceyhun Mirzə adlı məsləhətçinin özbaşınalığı isə şəhərdə geniş rezonans doğurub.Gəncə Təhsil İdarəsində məsləhətçi ştatı üzrə fəaliyyət göstərən Ceyhun Mirzə 2012-2013-cü il üçün Dövlət Qulluğu Komissiyası tərəfindən təşkil olunmuş testdən keçə bilməsə də bu gün 3 saylı tam orta məktəbə müvvəqəti direktor təyin edilib. Məlumatlara görə onun Tİ ilə bağlamış olduğu müqavilə müddəti də bitib. Adıçəkilən şəxs öz "kurasiyasında" olan Gəncə futbol təmayüllü gimnaziyada dərs keçmədən maaş aldığı bildirilir. Xalası Həsənova Elnarə də həmin gimnaziyada texniki işçi kimi maaş alır.Bu təhsil müəssisəsində 100- dən artıq işçi var ki,bunlardan da 50-yə qədəri texniki işçidir. Ceyhun Mirzənin Xədicə adlı həyat yoldaşı isə diplomsuz olsa da İngilis təmayüllü məktəbdə müəllimlik edir.Gəncə Tİ müdirinin Vəfa adlı katibəsi də eyni zamanda 32 saylı məktəbdə idman müəllimi kimi qanunsuz maaş almaqdadır.Bundan başqa 7 saylı orta məktəbin laborantı da qeyri-qanuni yollarla birdən-birə təşkilatçı vəzifəsinə yüksəlib və diplomsuz dərs saatları ilə təmin olunub.Gəncənin əksər məktəblərində testdən keçməyən yeni müəllimlər ortaya çıxıb və bununla da Təhsil Nazirliyinin müvafiq təlimatları bilərəkdən pozulub.Daha bir acınacaqlı vəziyyətsə məktəblərə məxsus ərazilərin qanunsuz yollarla mənimsənilməsidir. Şəhərin 27,28,29,31 və 4 saylı məktəblərin torpaq sahələri qanunsuz zəbt edilib və ərazilərdə müxtəlif məqsədli tikintilər aparılıb.Təhsil şöbəsi isə olanlara göz yummaqdadır.Özbaşınalığın həcmi 17 saylı məktəbi də bürüyüb,direktor Nigar xanımın da pedoqoji təhsili yoxdur,sadəcə tələbədir.25 saylı məktəbin direktoru isə ailə nomenklaturası yaratdığına görə kollektiv tez-tez prokurorluğa üz tutmalı olurlar. Hazırda Gəncə Tİ-də antikorrupsiya məqsədilə geniş yoxlamalar həyata keçirilir.Yoxlamanın ciddiliyini anlayan təhsil şöbəsi müdirininsə çıxış yolunu Maliyyə Nazirliyinin təftiş aparan qrupunu ələ almaqda gördüyü də iddialar arasındadır. Bu niyyətinsə müəllimlərin haqlı narazılığına səbəb olduğu və onların həmin “haqq”ı ödəməkdən imtina etdiyi də gələn xəbərlər arasındadır...
Redaksiyadan: Biz təhsil naziri Mikayıl Cabbarovun prinsipiallığına və hər bir halda haqqı nahaqqa vermədiyinə güvənərək müəllimlərin harayını ictimailəşdirməyi lazım bildik və ümid edirik ki, problem öz həllini tapacaq, gözünü bir aylıq məvacibinə dikən müəllimlərin üzərinə çökmüş o qara bulud qısa zamanda dağıdılacaq...