BolgeXeber.Com » Bölgə » Lənkəranlı “Raskolnikov“ Rusiyaya qaçdı

Lənkəranlı “Raskolnikov“ Rusiyaya qaçdı

26-03-2014, 07:25
Oxunub: 3 412 Lənkəranda qətlə yetirilən sələmçi qadının qatili müəyyən edilib.

“Axar.az”a rayondakı mənbədən verilən məlumata görə, Sürəyya Tağıyevanı qonşusu Amil adlı şəxs öldürüb.

İddia edilir ki, Amili istintaqa cəlb etmək üçün polis cinayətkarın qardaşı Samidi həbs edib. Məlumata görə, Amil cinayəti törətdikdən sonra Rusiyaya qaçıb.

Polis onu axtarır. Hazırda cinayəti törədənlərin yaşadığı məhəllədə polis postu qurulub.

Mənbə deyir ki, sələmçi qadını qətlə yetirən cinayətkarın anası da sələmçidir və onun mərhum S.Tağıyeva ilə çox yaxşı əlaqələri olub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Lənkəran Rayon Polis Şöbəsindən “Axar.az”a cinayətlə bağlı hələ ki, heç kəsin həbs edilmədiyini bildirdilər.

Xatırladaq ki, martın 21-i gecə Lənkəranın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilə basqın olub. Hadisə zamanı 1954-cü il təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun illər sələmçiliklə məşğul olub.

Qeyri-rəsmi məlumata görə, qətl təhlükəsizlik kameralarına düşsə də, qatilin isti izlərlə tapılması mümkün olmayıb.