BolgeXeber.Com » Bölgə » Astarada başçının görüntü maxinasiyası - Fotofakt

Astarada başçının görüntü maxinasiyası - Fotofakt

31-03-2014, 05:50
Oxunub: 3 870 Hava qaralan vaxtlarda bəzi sakinlər xəlvəti yer kimi buradan təbii ehtiyaclarını ödəmək üçün istifadə etdiyindən, ətrafı üfunət bürüyüb

Prezidenti İlham Əliyevin Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair imzaladığı sərəncama əsəsən ayrılan pula icra başçısı Qəzənfər Ağayev 2 vaqon balburdan olan divar üzlükləri alıb.

Hazırda elə Rayon İcra Hakimiyətinin inzibati binasının qonşluğunda yerləşən rayon təhsil və mədəniyyət şöbələrinin, şəhər meriyasının, DSMF-nin rayon şöbəsinin və rayon statistika idarəsinin yerləşdiyi binaların ön hissələri bu üzlüklrlə bəzədilib.
Lakin onların arxasına keçəndə tam fərqli bir “mənzərə” ilə üzləşirsən. Baxanda adama gəlir ki, bu binalar bəlkə də bir əsrdir təmir olunmur.

Üstəlik hər cür tullantılardan zibil qalaqları yaranıb. Hava qaralan vaxtlarda bəzi sakinlər xəlvəti yer kimi buradan təbii ehtiyaclarını ödəmək üçün istifadə etdiyindən, ətrafı üfunət bürüyüb.