BolgeXeber.Com » Bölgə » Gəncənin icra başçısı 20-ə yaxın vətəndaşa məxsus ərazini satışa çıxarıb

Gəncənin icra başçısı 20-ə yaxın vətəndaşa məxsus ərazini satışa çıxarıb

31-03-2014, 09:30
Oxunub: 4 452 Son günlər mətbuatda ən çox tənqid olunan icra başçılarından biri Gəncənin icra başçısı Elmar Vəliyevdir

Gəncədən redaksiyamıza vətəndaşlar tərəfindən göndərilən çoxsaylı şikayət məktubları da bunun heç də əsassız olmamasını sübut edir.Elə bu yaxınlarda redaksiyamıza daxil olan belə məlumatlardan biri də Gəncə şəhərində baş verən növbəti özbaşnalıqdan bəhs edir. Həmin məlumatda bildirlir ki ,Gəncə şəhər icra bascısı şəhərin mərkəzində vətəndaşlara məxsus olan özəl obyektləri qeyri -qanuni olaraq sökdürüb. Mənbənin dediyinə görə icra başçısı vəzifəsindən sui –istifadə edərək bir müddət əvvəl həmin yeri satışa çıxarıb. Lakin ərazini 3 ilə yaxındır sata bilmədiyi uçun yer hələ də hasarlı vəziyyətdə qalıb. Bildirilir ki, sökülən yer şəhərin Nizami kuçəsi ,54 A unvanında.Mərkəzi Univermağın yanında yerləşir.
Hasara alınmış yerin hamısı 20 -ə yaxın şəxsə məxsus olması qeyd olunur. .
Bolgexeber.com-un əməkdaşı məsələni yerində araşdırmaq üçün artıq Gəncəyə ezam olunub. Yaxın zamanlarda məsələ ilə bağlı şəhər rəsmillərinin münasibətini öyrənməyə çalışacayıq və həmçinin mövzu ilə bağlı geniş reportaj hazırlayacağıq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bolgexeber.com