BolgeXeber.Com » Bölgə » Zaqatalanın icra başçısına xəbərdarlıq edildi-Foto

Zaqatalanın icra başçısına xəbərdarlıq edildi-Foto

7-04-2014, 06:00
Oxunub: 4 458 Zaqatala rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə qanunlara meydan oxuyur

Bu sözlər elektron ünvanına daxil olan məlumatda yer alıb.

Xəbəri redaksiyamıza yollayan mənbə maraqlı fotofaktları da təqdim edib. Daha sonra dia.az-a göndərilən müraciətdə deyilir: “Cənab prezdentin ən ciddi göstərişlərinə əməl etməyən icra başçısı avtoşluqla məşğuldur. 67 yaşlı İH başçısı prezdentin maşınların pərdələrinin yıgışdırılması ilə bağlı tələbini qulaqardına vurur.

Özü və rayonun digər yüksək rütbəli məmurları şəxsi və xidməti maşınlarında nümayişkaranə şəkildə pərdədən istifadə edirlər.

19 mart 2014 cü il tarixində Zaqatala rayonunda keçirilən ümumi rayon "Novruz Bayramı" tədbirində və 22 mart 2014 cü il tarixində Əliabad qəsəbəsində keçirilən "Novruz Bayramı" tədbirində İH başçısının xidməti 62-AA-001 və 62-AA-002 pərdədən istifadə etdiyi görüntülərini cənab prezdentə və Azərbaycan ictimayətinə təqdim edirik. İnanırıq ki, qanunlara əməl etməyən heç kəsi saymayan İHB-na qarşı qanuni tədbir görüləcəkdir”.
P.S. Bolgexeber.com-a daxil olan son məlumata görə Mübariz Əhmədzadə mətbuatda gedən son yazılardan sonra qardaşı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadə tərəfindən danlanılıb.Belə ki,icra başçısı olan qardaşına görə vəzifəsini itirəcəyindən narahat olan Mübariz Əhmədzadə ona xəbərdarlıq edib və bildirib ki, gələn şikayətləri həll etsin, problemlər yaratmasın,əks halda bu onlar üçün son pis qurtaracaq. Daxil olan başqa bir məlumatda isə bildirilir ki, Zaqatalada bir çox məmurlar da artıq Mübariz Əhmədzadəyə qarşı birlikdə addım atmağa qərar veriblər.Buna səbəb kimi icra başçısının yerli məmurlıarı "yükləməsi" göstərilir.Belə ki,bildirilir ki, məmurlar abadlıq işlərinə ciblərindən pul xərcləsələr də ,vəd verildiyi ki,sonradan rayona büdcədən ayrılan pullardan onlara heç nə qaytarılmayıb və beləliklə yerli məmurlar xeyli ziyan çəkiblər.

Qarşı tərəfi də dinləməyə hazırıq...