BolgeXeber.Com » Bölgə » Bərdənin başçısının köməkçisindən Ramiz Mehdiyevə şikayət-ÖZƏL

Bərdənin başçısının köməkçisindən Ramiz Mehdiyevə şikayət-ÖZƏL

10-04-2014, 05:30
Oxunub: 4 639 Zaur Bəylərov Bərdədə at oynadır

Bolgexeber.com-un redaksiyasına Bərdə rayon sakinləri adından Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə ünvanlanmış şikayət məktubu daxil olmuşdur. İcra başçısının "statdankənar "köməkçisi Zaur Bəylərovun rayondakı qanunsuz əməllərindən bəhs edən məktubu olduğu kimi təqdim edirik:

"Prezident Aparatının rəhbəri cənab Ramiz Mehdiyevə
Bərdə rayonunda ulu öndər H.Əliyevin adına tikilən xiyabanda aparılan işlərin başa çatdırılması üçün rayonun bütün büdcə təşkilatlarına,kənd sovetlərinə , bələdiyyələrə və sahibkarlardan qanunsuz olaraq pul yığma kompaniyasına başlanılıb. İcra başçısının "statdankənar "köməkçisi ( ştatda olan köməkçi işə buraxılmır)Zaur Bəylərov bu fürsətdən istifadə edərək qaz vurub qazan doldurur.Rayonun idarə müdirlərinə,kənd soveti rəhbərlərinə ,bələdiyyə sədrlərinə, hətta sahibkarlara iş telefonudan(5-19-29 ) zəng vuraraq tikilən parka ağac almaq məqsədilə 5000 manatdan 2000 manatadək( idarələrin gücünə görə) pul tələb edir. Vermək istəməyənləri işdən çıxarılmaqla hədələyir.Zaur Bəylərov özü Tərtər rayonunda yaşasa da Bərdədə işləyir və Tərtər Rayon İcra hakimiyyətinin keçmiş 1 -ci müavini Vidadi Bəylərovun qardaşıdır, hansı ki oğlu Tərtər şəhərində avtoşluq edərkən günahsız bir gəncin ölümünə səbəb olmuşdur və buna görə Vidadi Bəylərov tutduğu vəzifədən azad olunmuşdur. Zaur Bəylərov Tərtər ƏSMM-də müdir müavini işləyərkən də belə qanunsuz hərəkətlərilə seçilmişdir və onun işinə hüquq -mühafizə orqanlarında dəfələrlə baxılmasına baxmayaraq nəticə çıxarmamışdır. Bərdə rayon İcra hakimiyyətinin başçısı hal -hazırada məzuniyyətdə olsa da Zaur Bəylərov süni surətdə başçının adından istifadə edərək tapşırıqlar verir və rayonda at oynadır.İdarə rəhbərləri artıq nə edəcəklərini bilmirlər.Hər bir idarənin öz gündəlik işləri qalıb bir yanda yalnız şəhərdə aparılan tikinti işlərinə qanunsuz olaraq cəlb olunurlar.Nə vaxta qədər müəllimlər,həkimlər,idarə işçiləri hər ay məvaciblərindən abadlıqa,aqac əkilməsinə, küçələrin süpürülməsinə pul verəcəklər.Qüdrətli dövlətimiz belə işlərin rayonlarda aparılması üçün kifayət qədər vəsait ayırmağa qadirdir. Bu işlərə son qoyulmasın sizdən xahiş edirik. Zaur Bəylərovun pul yığma əməliyyatı dayandırılmalıdır. Maraqlısı odur ki rayon huquq -müafizə orqanları da Zaur Bəylərovun qanunsuz hərəkətlərinə dur demirlər. Hörmətli Ramiz müəllim rayonda aparılan nəhəng işlərə qara ləkə olan ,az müddət ərzində Tərtər rayonunda özünə maldarlıq ferması tikdirən, bahalı maşınlar alan, Tərtərdəki yaxın qohumlarını( qardaşı oğlunu,qaynatasını və qaynanasını ) özü ilə Bərdəyə gətirib və adlarınI bir neçə idarədə işə yazdıran və qanunsuz əmək haqqı verdirən Zaur Bəylərov cəmiyyət üçün və ən əsası Bərdə rayon İcra hakimiyyətində işləyən çox vicdanlı vətənpərvər işçilərə bir qara ləkədir.Artıq insanlar onun əlindən cana doyublar .Zaura dur deməyin vaxtıdır".
( Z.Mikayılov, X.Salmanov,M.Şahsuvarov,Y.Əliyev)
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com