BolgeXeber.Com » Bölgə » İşiq puluna görə Saatlıda və Sabirabadda ayağa qalxdılar

İşiq puluna görə Saatlıda və Sabirabadda ayağa qalxdılar

10-04-2014, 08:55
Oxunub: 3 494 Aprelin 10-da Saatlının Yeni Novruzlu kəndinin 50-dən çox sakini etiraz aksiyası keçirib. Onlar elektrik borclarına görə yüksək cərimələnmələrinə etiraz ediblər. Polis aksiyanı dağıdıb.

Dünən axşamdan aksiya fəallarından bir neçəsinə aksiyaya çıxmamaq üçün təhdid olunduğu da bildilir.

Kəndə çoxsaylı polis qüvvələri yeridilib.

***

Yeni Novruzlu kəndindəki etiraz aksiyasından sonra növbəti aksiya Sabirabadın Camallı kəndində başlayıb.

Bu aksiyada da kəndlilər elektrik borclara görə yüksək cərimələnmələrinə etiraz edirlər. Novruzludakı aksiyanı dağıdandan sonra polis Camallı kəndinə gedib.

Bu kəndlərin sakinləri iki gün əvvəl onlara Sabirabad elektrik şəbəkəsindən cərimə qəbzləri göndərilib. Qəbzlərə görə, sakinlərin ən az 400, ən çox 1300 manat borcu var.

Bu cür cərimə qəbzləri Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Axtaçı, Muradbəyli, Naxalıq kəndlərinin sakinlərinə də göndərilib.