BolgeXeber.Com » Bölgə » Mingəçevir icra başçısının müavini rəy üçün 20 min hesab alır?

Mingəçevir icra başçısının müavini rəy üçün 20 min hesab alır?

11-04-2014, 14:50
Oxunub: 3 765 Nizami Bayramov şəhərdə obyektlərə icazənin verilməsini müavininə həvalə edib

Mingəçevir şəhərindən daxil olan məlumaat görə icra başçısının birinci müavini İlham İsmayılov Memarlıq və Tikinti şöbəsinin müdiri Etibar Abdullayevin işlərini öz boynuna çəkərək sahibkarlıq üçün ərzai almaq istəyən şəxslərdən külli miqdarda hesab alır. Məlumatda bildilir ki, icra başçısı Niyazi Bayramovun torpaq alamq istəyən vətəndaşların problemlərinin həllini məhz birinci müavin İlham İsmayılıova tapşırılıb. İnformasiya mənbəmiz qeyd edir ki, şəhərin müxtəlif yerlərində ticarət obyekti açmaq istəyən şəxslərin problemləri birbaşa İlham İsmayılovun hesab kitabı ilə yoluna qoyulur. Belə ki, Memarlıq və Tikinti şöbəsinin sənsədlərə rəy verərək təsdiqləməsi üçün vurulan möhrünün birinci müavində olduğu bildirilir. Məlumat verən mənbəmiz idda edir ki, Mingəçevirdə şəhərin mərkəzi hissələrində, çay qırağının yaxşı yerlərində ticarət obyektinə qərar almaqq üçün İlham İsmayılova ən azı 20 min mantından keçməlisən. Bundan başqa şəhər bələdiyyəsinə, yerli icra nümayəndəsinə və sair şəxslərədə müəyyən haqq verilir. Məlumatda qeyd olunur ki, ticarət obyektinin tikilməsində ən önəmli qərarın şəhər icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin verdiyi rəy icazə vacib olduğu üçün icra başçısının müavini İlham İsmayılov adı çəkilən şöbənin “əziyyətini” öz üzərinə çəkib. Mənbəmiz bildirir ki, Mingəçevir icra başçısı Nizami Bayramov ticarət obyektlərinə icazənin verilməsi “əməliyyatını” birinci müavininə həvalə etməsinin səbəbi İlham İsmayılovun iş adamları ilə “anlaşmağı” bacarmasından irəli gəlir.azerinfo.org