BolgeXeber.Com » Bölgə » Qarabağ veteranı özünü “Rabitəbank”ın qarşısında yandıracağını deyir

Qarabağ veteranı özünü “Rabitəbank”ın qarşısında yandıracağını deyir

12-04-2014, 09:30
Oxunub: 3 748 "Bu biabırcılıqdan qurtarmaq üçün daxili orqanlarımı satmağa qərar vermişəm"

Bolgexeber.com-un elektron poçtuna Cəlilabad rayon, H.Aslanov küçəsi, ev-26-da yaşayan Cəfərov Nadir Tomarxan oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Rabitəbankla problem yaşamasından bəhs edən məktubu olduğu kimi təqdim edirik:

“Bolgexeber.com internet saytının Baş redaktoru Vasif Turana,
Cəlilabad rayon, H.Aslanov küçəsi, ev-26-da yaşayan Cəfərov Nadir Tomarxan oğlu tərəfindən

MÜRACİƏT
Yazıb sizə bildirirəm ki, mən 2010- cu ildən kommersiya faliyyətimi genişləndirmək məqsədi ilə, Azərittifaqın Cəlilabad rayon şöbəsinin nəzdində olan istifadəyə yararsız olan obyektini, şöbənin sədri Urşan Rəhimov tərəfindən razılaşma yolu ilə müqavilə əsasında aldım. 2010-cu ilin may ayından Lənkəran rayon Rabitəbankın filialından 100 min manat məbləğində pul götürmək üçün sahibkarlıq inkişafını artırmaq məqsədi ilə müraciət etdim. Bankdan mənə 65 min manat pulu verildi.

Qalan hissəsini- 35 min manat pulu isə 3 ay müddətində verəcəklərinə söz verdilər. Mən müqavilə ilə aldığım iki mərtəbəli 700 kv.metr ərazini əhatə edən obyektin təmirinə 50 min manat pul xərclədim. Fəaliyyətimdən 3 il sonra səhər tezdən işə gələndə gördüm ki, mənə xəbərdarlıq edilmədən mebel evi və məişət əşyaları olan obyektin üst tavanı artıq sökülərək dağılıb. Belə olan halda sahibkarlıq fəaliyyətim iflasa uğradı.

Kredit götürdiyim Rabitəbankın Lənkəran filialına obyektimin söküldüyü günə kimi hər ay vaxtı–vaxtında 2620 manata pul ödəyirdim. Ümumilikdə 8 ay müddətində 25 min manat pul ödəmişdim. Obyektim dağıldıqdan sonra banka vaxtı-vaxtında pul ödəyə bilmədim. Belə olan halda öz evimi və “Mercedes” maşınımı , o cümlədən zinət əşyalarımı satmağıma baxmayaraq borcumu ödəyə bilməmişəm . Hal-hazırda qardaşımın , dostumun evlərini və özümün çörək qazandığım dükanımı da banka girov qoymuşam. Artıq Rabitəbank tərəfindən obyektlərimə həbs qoyulub. Bankın mütəxəssisləri tərəfindən obyektlərim və evlərim çox aşağı qiymətlərlə sənədləşdirilib. Banka mənim tərəfimdən verilən 25 min manat pulu hesablanmadan 106 min manat məbləği məndən tələb edirlər .

Hörmətli redaksiya,nəzərinizə çatdırım ki mən Qarabağ veteranı Cəfərov Nadir Tomarxan oğlu Bakı şəhər Rabitə bankın baş ofisində olub rəhbərliklə görüşüb problemlərimi nəzərlərinə çatdırıb bildirdim ki sizə hər ay 500 manat pul verməyə imkanım çatmamasını desəm də, bank rəhbərliyi tərəfindən qovuldum və dedilər ki ,aprel ayının 16-sına kimi obyektləri boşaldım.

Hörmətli redaksiya, mən bu biabırcılıqdan qurtarmaq üçün daxili orqanlarımı satmağa qərar vermişəm, əgər mənə bank tərəfindən verilən vaxta kimi, yəni 16 aprel tarixinə qədər orqanlarıma müştəri çıxmazsa o, zaman məcburam özümü və ailəmi Lənkəran Rabitəbank qarşısında yandırıb intihar edim”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com