Ağdaşda bir neçə vəzifəli şəxsi həbs edilib
17-04-2014, 05:25
Oxunub: 3 704
1.988.779 manat məbləğində dövlət vəsaitini qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmələrində şübəhələr üçün əsaslar olduğundan Vahid Seyfəlova iş açılıb
Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı ) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.
Bolgexeber.com-a baş prokurorluqdan verilən məlumatda deyilir ki, aparılmış istintaqla mərkəzin direktoru Vahid Seyfəlovun təşkilatçılığı və mərkəzin baş mühasibi Müşviq Baxışovun, rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müstəqim Məmmədovun, Ağdaş Peşə məktəbinin baş mühasibi Yaşar Həsənovun, Ağdaş rayon Maşad kənd poçt şöbəsinin rəisi Əslan Lətifovun və qeyrilərinin bilavasitə iştirakı ilə 2006-2013-cü illər ərzində saxta sənədlər əsasında vəfat etmiş və digər şəxslərin adlarına, o cümlədən 730 şəxsə yaşa görə, 31 şəxsə ailə başçısını itirməyə görə, 12 şəxsə əlilliyə görə ümumilikdə 773 şəxsə sosial müavinat təyinatı aparılaraq 1.988.779 manat məbləğində dövlət vəsaitini qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmələrində şübəhələr üçün əsaslar olduğundan Vahid Seyfəlova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü, Əslan Lətifova həmin məcəllənin 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri, Müşviq Baxışova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü, Müstəqim Məmmədova Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 313-cü, Yaşar Həsənova isə həmin məcəllənin 32.5, 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilmişdir.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bolgexeber.com-a
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes