BolgeXeber.Com » Bölgə » Biləsuvar İcra Hakimiyyətində növbəti Şura iclası keçirilmişdir

Biləsuvar İcra Hakimiyyətində növbəti Şura iclası keçirilmişdir

18-04-2014, 06:30
Oxunub: 5 388 17 aprel 2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etdilər.
İclası giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev gündəlikdə duran üç məsələni şura üzvlərinin və iştirakçıların diqqətinə çatdırdı.
1.- “ Biləsuvar rayonunda 2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə”
2.- “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına uyğun olaraq Respublika Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummili lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslərin Biləsuvar rayon Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədrisinin vəziyyəti barədə”.
3.- “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən aparılan yoxlama əsasında hazırlanmış “Beyləqan rayon İcra Hakimiyyəti başçısının aparatında, dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti haqqında”.
Biləsuvar rayonunda 2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin məruzəsi dinlənildi.M.Quliyev bildirdi ki, respublikamızın bölgələrində olduğu kimi, rayonumuzda da son illər, eləcə də 2014-cü ilin birinci rübündə əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.Ümumi məhsul buraxılışının həcmi 43.4 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3 faiz çoxdur. Hesabat dövründə adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 451 manat, orta aylıq əməkhaqqı isə 270.8 manat olmuşdur. 1613 ailə ünvanlı dövlət sosial yardımı almışdır və hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 112 manat təşkil etmişdir.Rayonunda 16 sahibkarlıq subyektinə 207 min manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 328 yeni iş yerləri açılmışdır.
Hesabat dövründə 1176 şagird yerlik Ağalıkənd kənd tam orta məktəbi əsaslı təmiri və 220 şagird yerlik Amankənd tam orta məktəbi üçün yeni binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və Əsgərabad-Muğan avtomobil yollarının, 450 şagird yerlik Aşağı Cürəli kənd, 640 şagird yerlik Xırmandalı kənd tam orta məktəbləri üçün yeni binaların, uşaq bağçasının tikintisi, Toxumçuluq idarəsinin, DSMF-nin rayon şöbəsinin inzibati binalarının, şəhərin Heydər Əliyev küçəsinin xəstəxana istiqamətində olan hissəsinin, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, Mərkəzi rayon Xəstəxanasının əsaslı təmiri işləri davam etdirilir.Biləsuvar şəhərində əlavə 3 bağça binasının tikintisi üçün sənədlər hazırlanmış, yer ayrılmışdır.Yaxın günlərdə tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Rayon üzrə 1 şəhər və 18 kənd qazlaşdırılmışdır. Hazırda şəhərin yeni salınmış yaşayış məntəqələrində küçə qaz xətlərinin çəkilişi işləri aparılır.2014-cü ildə rayonda qazlaşma işi tam başa çatdırılacaqdır. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılmışdır. Hazırda abonentlərə suyun verilməsi işləri görülür. Kanalizasiya sisteminin tikintisi işləri isə davam etdirilir.
Hesabat dövründə cəmi 45250 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır.Torpaq mülkiyyətçilərinin əkin sahələrinin fasiləsiz suvarılmasını təmin etmək məqsədilə rüb ərzində 35 km kollektor-drenaj şəbəkəsi lildən təmizlənmiş və 9 min hektardan çox əkilən sahə suvarılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda da 2014-cü ilin fevral ayının 17-dən etibarən əhalinin tibbi müayinədən keçirilməsi aksiyasına başlanılmışdır.Hazırda əhalinin müəyyən olunmuş müddətədək tibbi müayinədən keçirilməsi kompaniyası davam etdirilir.
Hesabat dövründə rayonumuzun gənc idmançıları müxtəlif respublika və zona turnirlərində uğurlu çıxışlar etmişlər.Müasir Olimpiya İdman Kompleksindən, 3000 yerlik stadiondan, 150 sadə idman qurğusundan səmərəli istifadə edən idmançılarımız öz nailiyyətlərini ilbəil möhkəmləndirilər. Hazırda rayonumuzda 5500 nəfərdən çox gənc idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonda idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi üçün rayon icra hakimiyyəti aidiyyəti təşkilatların nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılmalı, müvafiq tədbirlər planı hazırlanmalıdır. Rayonda futbol, voleybol, basketbol, güləş, cüdo, boks, taekvando, üzgüçülük, gimnastika, yüngül atletika və s. idman növləri üzrə idman birliklərinin təsis edilməlidir. Müvafiq idman növləri üzrə müxtəlif yaşlı uşaq, yeniyetmə və gənclər arasında onların maraqları, fiziki göstəriciləri nəzərə alınmaqla komandalar təşkil olunmalı, bu komandaların formalaşması üçün mütəxəssislər, təhsil müəssisələrinin müəllimlərindən ibarət məşqçi-müəllim qrupları yaradılmalıdır. Bütün idman qurğuları inventarlaşdırılmalı və yararlı vəziyyətə gətirilməli, təyinatı, texniki təchizatı nəzərə alınmaqla qəbul gücünə uyğun istifadə olunmalıdır. Bu məqsədlə Olimpiya İdman Kompleksindən və mövcud olan digər idman obyektlərindən səmərəli istifadə təmin edilməlidir.
Sonda Cənab M.Quliyev bütün Biləsuvarlılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Prezident Administrasiyasını əmin etdi ki, Biləsuvarlılar həmişə olduğu kimi bundan sonra da ölkə rəhbərinin yüksək diqqət və qayğısına minnətdarlıqla yanaşaraq, respublikamızın hərtərəfli inkişafı, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi kimi müqəddəs işə daima öz layiqli töhfələrini verəcək və 2014-cü ili də layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacaqlar.
İkinci məsələ barədə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar şöbənin müdiri Xəyalə Qəmbərovanın məruzəsi dinlənildi.O bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına uyğun olaraq Respublika Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularının Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədrisi ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin rayon Təhsil şöbəsi ilə birlikdə geniş tədbirlər planı təsdiq olunmuş və həyata keçirilməsinə başlanılmışdır.
Heydər Əliyev Mərkəzində dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün zəruri təşkilatı məsələlər həll edilmiş, dərslərin gedişi ictimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən ciddi nəzarətə götürülmüşdür. Dərs məşğələlərinin qrafiki tərtib edilmiş, rayonun ümumtəhsil məktəblərinin tarix müəllimlərindən 7 nəfərlik tərkib seçilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən bu dərslər rayonun 26 tam orta məktəbinin mövcud 41 XI siniflərindən ibarət olmaqla 929 nəfər şagirdi əhatə edəcəkdir.
XI sinif şagirdlərinin çox böyük maraq göstərdikləri dərs məşğələlərində rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının məsul işçiləri fəal iştirak edir, Ümummilli Liderimizin zəngin siyasi irsinin, xalqımız qarşısında misilsiz xidmətlərinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsində səylərini əsirgəmirlər. Dərs məşğələləri ilk gündən şagirdlərdə böyük maraq doğurmuş, onlar dahi rəhbərin həyat və siyasi fəaliyyəti ilə daha yaxından tanış olmağa başlamışlar. 03 fevral 2014-cü il tarixdən başlanmış dərs məşğələlərində ümumilikdə fevral-mart ayları ərzində Heydər Əliyev irsinin öyrənilməsinə rayonun 14 tam orta məktəbinin XI siniflərinin 524 nəfər şagirdi iştirak etmişdir.
May ayının 8-dək keçirilməsi nəzərdə tutulmuş dərs məşğələləri bu gün də mütəşəkkil qaydada davam edir.Heydər Əliyev Mərkəzində keçirilən dərslərin gedişi vəziyyəti Azərbaycan televiziyasında, “Azərbaycan”, “Respublika” qəzetlərində və rayon “Məhsul” qəzetində işıqlandırılmışdır.
Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi XI sinif şagirdlərinə keçirilən məşğələlərin gedişini daim nəzarətdə saxlayır, müvafiq əməli köməkliklər göstərilir.
Üçüncü məsələ barədə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elşən Astanovun məruzəsi dinlənildi.O bildirdi ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən aparılan yoxlama əsasında hazırlanmış “Beyləqan rayon İcra Hakimiyyəti başçısının aparatında, dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti haqqında” arayışda yoxlama zamanı nöqsanların aşkara çıxarıldığı göstərilmiş, bu nöqsanların aradan qaldırılması və gələcəkdə belə nöqsanlara yol verilməməsi ilə bağlı tədbirlər planı hazırlanaraq təsdiq olunmuşdur.Tədbirlər Planına əsasən rayon İcra Hakimiyyəti başçısı aparatının müvafiq şöbələrinə, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinə və idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırılmışdır ki, arayışda öz əksini tapmış nöqsanları nəzarətə götürməklə öz işlərini “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyul tarixli Qanununun, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”nın, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimatı”nın və bu sahədə qüvvədə olan digər aktların tələblərinə uyğun qursunlar.
Biləsuvar rayon Suvarma Sistemlər İdarəsinin rəisi Ədalət Babayev, Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov və digər çıxış edən şura üzvləri müzakirə olunan məsələlərin aktuallığını qeyd edərək rayonda bu sahədə görülən işləri yüksək qiymətləndirdilər.
İclasın gündəliyində duran məsələlərə münasibətini bildirən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına uyğun olaraq Ulu öndər Heydər Əliyev həyat və fəaliyyətinin məktəblilərə çatdırılması və müasir tariximizin öyrənilməsi məqsədilə rayonda təşkil olunan tarix dərsləri qrafikə uyğun olaraq müəyyən olunmuş müddətə başa çatdırılmalıdır. Bu dərslərdən əlavə olaraq Ulu ondərin həyat təcrübəsinin gələcək nəsillərə öyrədilməsi daim diqqət mərkəzində saxlanılmalı və bu sahədə təbliğati işlər gücləndirilməlidir.
O, qeyd etdi ki, hər bir idarə, müəssisə, təşkilatlarda, icra nümayəndəliklərində və digər dövlət orqanlarında kargüzarlığın aparılması, vətəndaşların ərizə,şikayət və təkliflərinə baxılması qaydaları qəbul olunmuş normativ hüquqi aktlara uyğun olaraq aparılmalı, hər bir müraciət edən vətəndaşın müraciətinə həssaslıqla yanaşılmalı, maksimum dərəcədə onun həlli istiqamətində işlər görülməlidir.Hər bir müraciətə fərdi yanaşılmalı və problemin həllinə nail olunmalıdır.
Sonda M.Quliyev aparılan araşdırmaların nəticəsi olaraq hər üç arayışda qeyd olunan nöqsanların qısa vaxt ərzində aradan qaldırılması üçün tapşırıq və tövsiyyələrini verdi.
Bolgexeber.com