BolgeXeber.Com » Bölgə » Şamaxı Kərbəlayiyə tapşırılıb

Şamaxı Kərbəlayiyə tapşırılıb

23-04-2014, 05:40
Oxunub: 3 698 “Sənə deməmişəm, demoqoqları qəbuluna buraxma…”

Son vaxtlar Şamaxı rayonundan narazılıq sədaları daha ucadan gəlməkdədir. Hər halda elə bir gün olmaz ki, ölkə mətbuatında Şamaxıdakı hansısa qanunsuzluqla bağlı məqalə dərc olunmasın. Bu isə hər şeydən öncə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin naşı idarəçilik prinsiplərindən xəbər verir. Elə Savash.org saytının elektron ünvanına daxil olan bir informasiya da bunu təsdiqləyir.

Həmin məlumatda bildirilir ki, hazırda Şamaxı rayonunda ciddi sosial problemlər baş qaldırıb və Asif Ağayev icra başçısı kimi həmin problemlərin həllində maraqlı deyil. Əslində isə o rayonun problemləri ilə ümumiyyətlə maraqlanmır və Şamaxının de-fakto idarəçiliyi faktiki olaraq rayonun tanınmış oliqarxı, rayon poçtunun müdiri Kərbəlayi Tağı Həsənovdadır. Hamının “Kərbəlayi” deyə çağırdığı bu şəxsin icra başçısı ilə yaxın dost olduğu bildirilir. Hətta icra başçısının mühüm qərarlar qəbul edərkən məhz onunla məsləhətləşdiyi də daxil olan informasiyalar arasındadır.

Əslində rayonu Asif Ağayev deyl, Tağı Həsənov idarə edir. Hətta vətəndaşların qəbulu zamanı Tağı Həsənov ona “sənə deməmişəm, demoqoqları” qəbula buraxma” deyərək iradını da bildirir. Belə bir dözülməz vəziyyət isə rayonda böyük hərc-mərcliyə səbəb olmaqdadır. Rayondakı sahibkarların incidildiyini bildirən mənbəmiz bu və digər məsələlərin həlliylə bağlı yaxın günlərdə Prezident Adminstrasiyasına müraciət edəcəkləri də gözlənilir.