BolgeXeber.Com » Bölgə » Şəmkirin icra başçısından ilginc açıqlama:”Şahmat pul gətirmir”

Şəmkirin icra başçısından ilginc açıqlama:”Şahmat pul gətirmir”

28-04-2014, 09:40
Oxunub: 3 067 Yaxın zamanda “biznesmen icra başçısı”nın cəzalandırılacağı gözlənilir

Şəmkir Azərbaycanın ən gözəl rayonlarından biridir. Bu tarixən belə olub şəmkirlilər rayonun gözəl görünməsi üçün öz şəxsi vəsaitlərindən belə xərcləməyə cəkinməyiblər. Lakin Nazim Veyisov bu rayona icra başçısı gəldikdən sonra Şəmkirin biznesmen oğulları rayondan qacmağa məcbur olub.Səbəb sadədir Nazim Veyisov “iki qoçun başı bir qazanda qaynamaz deyərək” yerli sahibkarlara savaş açıb.

“Cənab prezident bizi Nazim Veyisovun zülmündən xilas edin”

Su kanalizasiya xəttinin yenilənməsi ilə əlaqədar 2011-ci ildən başlayaraq Şəmkirin ətraf və kəndlərindəki küçələrində qazıntı işləri aparılıb. Qazıq-qazıq edilən, səngərə çevrilən Şəmkirin şəhəri 2014-cü il olmasına baxmayaraq hələ də bu fəlakətdən qurtula bilmir. Qazıntı işləri o dərəcədə yöndəmsiz aparılıb ki, nə piyadaların, nə də nəqliyyatın hərəkəti üçün yol qalıb. Şəhər başdan-başa qazılıb, tozun-torpağın içində “üzür”. Ölkə başçısına müraciət ünvanlayan bir qrup şəmkirli biznesmen icra başçısı Nazim Veyisovun zülmündən xilas olmaq üçün imdad diləyirər. Azerinfo.org-un electron poctuna olduqca ilginc bir məktub daxil olub. Şəmkir rayonu Seyfəli kəndinin sakininin məktubdakı iddiasına görə Şəmkirdə Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə beynəlxalq şahmat turnirinin keçrildiyi ərəfədə İcra başçısı Nazim Veyisov ilginc açıqlama verib. “Synergy Group”un əməkdaşlarına bildirib ki, şahmat gəlirli sahə deyil, məhz bu şahmat turnirinə görə bpyük ziyana düşmüşük. İddiaya görə yarışın təşkilatçısı olan “Synergy Group”un üzvləri bu açıqlama haqda yuxarı instansiyalara məlumat verib. Yaxın zamanda “biznesmen icra başçısı”nın cəzalandırılacağı gözlənilir.