BolgeXeber.Com » Bölgə » Qazaxda qanunu kimlər pozur?

Qazaxda qanunu kimlər pozur?

1-05-2014, 05:20
Oxunub: 4 175 Qazaxda anarxiyanı icra məmuru yaradır

Azərbaycanda rəhbər şəxsləri millətin gözündən salan başlıca amil məmurun özünün dövlət qanunlarından kənarda dayanması və ona əməl etməməsidir. Belə çıxır ki, şah hesab edilən qanun onsuz da qorxusundan ona baş əyən “qara camaat” üçündür. Məsələ burasındadır ki, qanunları yazanlar da məmurlardı, elə ona əməl etməyənlər də.
... Bir dəfə səhər saatlarında “ATV” kanalında Sinqapur haqqında hazırlanmış verilişə baxdım. Jurnalist gözəl çəkilişi ilə onu da izah edirdi ki, “Sinqapur ona görə ğözəl, ona görə təmiz, ona görə turistlərin ən çox sevdiyi məkandır ki, burada qanunun aliliyinə birmənalı şəkildə əməl edilir”. Doğurdan da, təəccüblüdür ki, Sinqapuda şir, pələng, ümumiyyətlə vəhşi heyvanlar demək olar ki, insanların bir addımlığındadır. Görün bu məkan nə qədər inkişaf etmişdir. Hətta, aparıcı əzəmətli bip parkda İngiltərənin sabiq baş naziri Tettçerin şəklini göstərərək hökumət başçısının vaxtı ilə Sinqapur haqqında dediyi sözlər xatırlatdı: “Vaxt var idi ki, Sinqapur hər şeyi bizdən öyrənirdi. İndi isə Sinqapur bizi öyrədir”.
Bunları deməkdə məqsədim Sinqapurdan yazmaq deyil. Haqlı olaraq dəfələrlə Qazax Rayon İcra Hakimiyyətində “məskunlaşmış” yerində olmayan bir neçə kadrdan, vətəndaşların ərizə və şikayətlərinə laqeyd münasibət bəslənməsindən və ölkə başçısı İlham Əliyevin məmur özbaşınalıqları haqqında söylədiklərinə məhəl qoymayanlardan yazmağımıza baxmayaraq, yenə hər kəs öz “işindədir”.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun humanitar məsələlər üzrə müavini Gülayə Həsənovanın rayon üçün iş görməməyi bir yana, üstəkik icra hakimiyyətində onunla çiyin-çiyinə referent işləyən həyat yoldaşı Natiq Məmmədovu da özünə sürücü götürüb. Halbuki, Gülayə Həsənovaya məxsus 35 AA 005 markalı xidməti mink avtomobilinin sürücüsü Gülayə xanımın dayısı oğlu Məmmədov Nizamidir. Belə səlahiyyəti icra məmuruna kim verib? Avtoqəzaların tuğyan etdiyi bir vaxtda Natiq Məmmədov Nizami Məmmədova məxsus maşınla qəza törətsə bəs onda, görəsən kimi cəzalandıracaqlar? Aldığımız məlumata görə, Gülayə xanımın həqiqi sürücüsü Nizami Məmmədovun adı işdə olsa da, özü rayonda yoxdur.
Mənbənin Bolgexeber.com-a verdiyi məlumata görə, müavinin həyat yoldaşı icra hakimiyyətində işləməzdən qabaq təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən gənc texniklər stansiyasında müəllim işləyib. Məmmədov həmin iş yerindən stansiyanın direktoru Rafiq İsmayılovun əmri ilə işdə yol verdiyi nöqsanlarına görə qovulub. Gənc texniklər stansiyasında özünü doğrultmayan bir kadrın icra hakimiyyətinə yararlı olmasını necə başa düşmək olar? Belə bir məsələ hasqqında düşünməyə dəyərmi? Sinqapurla bizim aramızdaki fərqə gəldikdə isə, yaxşı olardı ki, sualımızı politoloqlar cavablandıraydı? Əlac onlara qalıb...
Qarşı tərəfin də fikrini dinləmyə hazırıq.
İlham Hacalı
Bolgexeber.com