BolgeXeber.Com » Bölgə » “Vaqif Abdullayevin Beyləqanda satmadığı ərazi qalmayıb”

“Vaqif Abdullayevin Beyləqanda satmadığı ərazi qalmayıb”

1-05-2014, 05:45
Oxunub: 4 027 Beyləqan rayon icra başçısı torpaq alveri ilə məşğuldur.

Bolgexeber.com gun.xeber.com-a istinadən bildirir ki, bu sözləri adıçəkilən rayon sakinləri deyiblər. Sakinlərin dediyinə görə, Vaqif Abdullayev rayonun əsasən mərkəzi hissəsindəki torpaq sahələrini satır.

Əldə etdiyimizi digər məlumatat görə, Vaqif Abdullayev artıq Heydər Əliyev adına parkın ərazisini də satıb. Qeyd edək ki, həmin parkın bir hissəsi rayon mərkəzindəki 5 mərtəbəli binanların həyətinə düşür. İcra başısı yaşayış binasının həyətini də park ərazinin “gözünə qataraq” satıb. İcra başçısının rayonun əsasən mərkəzində satıb, taladığı ərazilərdə artıq tikinti işlərinə başlanılıb.

Baş verənlər artıq rayon sakinlərinin haqlı narazılığına səbəbə olub.
Artıq rayon sakinləri Heydər Əliyev adına parkın bir torpaq sahəsinin satılmasına görə, etraz aksiyası keçirəcəklərini deyirlər.

Onu da əlavə edək ki, Beyləqan rayon icra hakimiyyətinin Başçısı Vaqif Abdullayevin dövlətə məxsus binaları da satışa çıxartığı deyilir. Bu, məlumatların dəqiqləşdirilməsi üçün araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

bolgexeber.com