BolgeXeber.Com » Bölgə » Daha 4 nəfər dəm qazının qurbanı oldu

Daha 4 nəfər dəm qazının qurbanı oldu

1-05-2014, 08:50
Oxunub: 3 478 Dəm qazı can almağa davam edir.

Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı olub. Bolgexeber.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 13-də Yasamal rayon sakini Bəhruz Məmmədov sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və aprelin 30-da orada ölüb.

Bundan başqa aprelin 30-da Tərtər rayon sakini Elmin Niftəliyev evində dəm qazından zəhərlənərək ölüb.

Daha iki nəfər isə elektrik cərəyanı vurmasından ölüb. Aprelin 30-da Göygöl rayon sakini Vəfa Məmmədovanı evində, Yevlax rayon sakini Yusif Bağırov qum karxanasında təmir işləri aparan zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.