BolgeXeber.Com » Bölgə » İmişlidə ağır yol qəzası baş verib

İmişlidə ağır yol qəzası baş verib

1-05-2014, 09:30
Oxunub: 3 365 İmişli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

İmişli rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gün Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Xəlfəli kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 72 yaşlı Qərib Qurbanovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Beyləqan rayon sakini Səbuhi Şükürovun idarə etdiyi “KamAZ” markalı avtomobil toqquşub. Minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.Hadisəyə səbəb kimi yüksək sürət göstərilir.

Bolgexeber.com