Saatlıda Şəhidlərin ruhunu təhqir edən hadisə
1-05-2014, 16:10
Oxunub: 3 311
Saatlıda Şəhidlər Xiyabanı ilə üz-üzə şadlıq sarayı tikilir.
Azərbaycanda bineyi qədimdən həmişə qəbristanlıq, məzarlıq yanından keçəndə insanlarımız hörmət əlaməti olaraq susqun dayanıblar. Dünyasını dəyişənlərə və onların ailə üzvlərinə, hətta tanımasalar belə həmişə ehtiram xatirinə bu addımı atıblar. Amma müasir Azərbaycanda icra başçıları pul xatirinə bu dəyərləri də yerdən yerə vurmaqda davam edirlər.
jam.az xəbər verir ki, Saatlı rayonunda artıq bu dəyərlərə hörmətsizliyin bariz nümunəsi ortaya çıxıb. Məlumatlara görə, rayonun icra başçısı Siraqəddin Cabbarov pul qazanmaq xatirinə Şəhidlər Xiyabanı ilə üzbəüz ərazini yerli iş adamlarından birinə satıb. Həmin iş adamı da heç nəyin fərqinə varmadan elə Şəhidlər Xiyabanı ilə üzzüə şadlıq sarayı inşa etdirib və istifadəyə verib.
Rayonun girəcəyində fəaliyyət göstərən Şadlıq Sarayında hər gün toy-bayramdır. Və yerli əhali də bunu özünə qarşı hörmətsizlik kimi qəbul edir. Məsələ dəfələrlə rəsmi qurumların qarşısında qaldırılsa da, bir nəticə hasil olmayıb. Səbəb isə icra başçısının bu işə qol qoyması və razılıq verməsi göstərilir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər