BolgeXeber.Com » Bölgə » Yevlaxda doğuş zamanı ana və uşaq ölüb.

Yevlaxda doğuş zamanı ana və uşaq ölüb.

1-05-2014, 16:40
Oxunub: 3 634 Yevlax rayonunda ana doğuş zamanı həyatını itirib. Doğuş zamanı ana və uşaq ölüb

1983-cü il təvəllüdlü Pərvanə Qurbanova doğuş zamanı dünyasını dəyişib.
Yevlax Rayon Xəstəxanasından bildirilib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib və bu zaman uşaq havasızlıqdan, ana isə çox qan itirdiyindən vəfat edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli hadisə ilə bağlı xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, P. Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktirisası olub.

Bolgexeber.com