BolgeXeber.Com » Bölgə » İsmayıllıda 4 uşaq anası özünü asdı

İsmayıllıda 4 uşaq anası özünü asdı

2-05-2014, 06:35
Oxunub: 3 306 İsmayıllı rayonunda müəmmalı intihar hadisəsi baş verib.

Hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb. Lahıc sakini, 1949-cu il təvəllüdlü Mövlanova Banu Əlövsət qızı bu gün səhər saatlarında yaşadığı evin həyətindəki meyvə ağacından özünü asaraq intihar edib.

Yaxın illərədək Lahıc qəsəbəsindəki uşaq bağçasının müdiri vəzifəsində çalışan və 4 uşaq anası olan Banu Mövlanovanın özünə qəsd etməsinin səbəbi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bolgexeber.com