BolgeXeber.Com » Bölgə » Gəncədə yanğın hadisəsi

Gəncədə yanğın hadisəsi

2-05-2014, 05:40
Oxunub: 3 260 Gəncədə yanğın hadisəsi baş verib.Belə ki,bu gün səhər Gəncə Karamel Fabriki yanıb.

Gəncə Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, Gəncə Karamel Fabrikində yanğın saat 10 radələrində başlayıb.
Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının fabrikin müdirinin otağından başladığı bildirilir.Yanğının hansı səbəbə görə başlandığı hələki məlum deyil.
Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.
Faktla bağlı araşdırma aparılır.

Bolgexeber.com