BolgeXeber.Com » Bölgə » Yevlaxda yol qəzası baş verib

Yevlaxda yol qəzası baş verib

2-05-2014, 18:20
Oxunub: 3 111 Yevlaxda ağır yol qəzası-3 yaralı.

Bu gün Yevlax rayonu ərazisində "VAZ 2106" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar - "Niva"nın sürücüsü Səməd Həsənov, sərnişinlər Pərviz Ənvərov və Könül Cəfərov Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

"VAZ 21 06"-nın sürücüsü Niyazi Məmmədov hadisəyə yüksək sürətin səbəb olduğunu bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bolgexeber.com