BolgeXeber.Com » Bölgə » Vidadi İsayev Bərdədə at oynadır

Vidadi İsayev Bərdədə at oynadır

8-05-2014, 11:45
Oxunub: 3 615 Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə bağlı redaksiyamıza giley-güzar dolu şikayət məktubu daxil olub.

Müraciət edən bir qrup bərdəli sahibkarın söylədiklərindən belə aydın olur ki, icra başçısı bu gün yerli iş adamlarına qarşı «səlib yürüşünə» keçib.

Bərdəlilərin müraciətində deyilir: «Vidadi İsayev ilk baxışdan elə bir təəssürat yaradır ki, sanki vətəndaşların qayğısına qalır. Hətta hər kəsi qəbul edir, dərdini dinləyir. Amma problemlər yerində qalır və heç vaxt da həllini tapmır. Dəfələrlə belə olub və bu gün də belədir. Çünki problemi yaradan elə Vidadi İsayev və onun adamlarıdır».

Sakiblərin dia.az-a müraciətində bildirilir ki,Vidadi İsayev bu gün özü biznes qurduğundan, bütün gəlirli sahələri yaxın çevrəsinə həvalə etdiyindən digər sahibkarların günü göy əskiyə bükülüb: «Hər addımda müxtəlif bəhanələrlə problemlər yaradılır. Amma bunun əvəzində Vidadi İsayev hələ açılışı olmayan rayondakı Heydər Parkında özünə obyektlər inşa etməyə başlayıb. Təsəvvür edin, park hazır deyil, amma Vidadi İsayevin obyektləri hazırdır».

Sahibkarlar bildirir ki, bu günlərdə Bakıda icra başçısının əməlləri ilə bağlı, sahibkarlara qarşı hansı üsullarla təzyiqlər etməsilə əlaqədar geniş mətbuat konfransı keçirəcəklər.

Qarşı tərəfi də dinləməyə hazırıq….