BolgeXeber.Com » Bölgə » Cəlilabadda ilan siftəsini elədi

Cəlilabadda ilan siftəsini elədi

8-05-2014, 15:05
Oxunub: 3 728 Cəlilabad rayonunda ilan sancma faktı qeydə alınıb.

Hadisə mayın 8-də günorta saatlarında rayonun Göytəpə şəhərindəki kartof sahəsində baş verib. Cəlilabad rayonunun Muğan kənd sakini, 18 yaşlı Susanə Hacıxan qızı Abıyeva özlərinə məxsus əkin sahəsində kartofu suvararkən kolların dibində yatan ilan qəfildən onun ayaq nahiyəsini sancıb.

İlanı görmədiyi üçün əvvəl buna əhəmiyyət verməyən Susanənin vəziyyəti tədricən pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Xəstəxanada S.Abıyeva müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Cəlilabad MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, bu, rayon ərazisində cari mövsümdə baş vermiş ilk ilan sancma hadisəsidir.