BolgeXeber.Com » Bölgə » Ağdamda “yarpaq tökümü” başlanır

Ağdamda “yarpaq tökümü” başlanır

12-05-2014, 15:20
Oxunub: 2 828 Nizamı Sadiqov Ağdama təyin olunduğu gündən sakinlərin özlərinin də dedikləri kimi “qara günləri” başlamışdı

Bolgexeber.com bildirir ki,Ağdam sakinləri Ağdamın eks icra başçısı sayılan Nizamı Sadıqovun əməllərindən cana doyduqları üçün dəfələrlə Prezidentə şikayət ərizələri yazaraq,onun vəzifədən getməsini istəyirdilər.

Çünki Nizamı Sadıqovun özbaşınalığı,əhalini heçə sayması,həddindən artıq tamahkar olması və yalnız öz mövqeyini düşünməsi insanların səbr kasasını daşırmışdı.Nizamı Sadiqov Ağdama təyin olunduğu gündən sakinlərin özlərinin də dedikləri kimi “qara günləri” başlamışdı.O, Ağdam sakinlərinə özünün”qul,köləsi”kimi baxırdı desək ,heç də yanılmarıq.

Rayonun nə təhsilində,nə səhiyyəsində,nə də hüquq- mühafizə orqanlarında vəziyyət heç də ürək açan deyildi. Əhalinin əsas yaralı yeri isə elektrik enerjisi və içməli su təchizatı idi. Çünki bunlara ayrılan pullar mənimsənirdi.Məhz buna görə də,çox saylı şikayət ərizələrinin nəticəsi olaraq,Prezident İlham Əliyevin 2014-cu il 16 aprel sərəncamına əsasən Nizami Sadiqov vəzifəsindən kənarlaşdırıldı.

Yeni icra başçısı olaraq isə Raqub Allahverdi oğlu Məmmədov bu vəzifəyə təyin edildi. Daxil olan məlumata görə Kapitalbankın direktoru Şəhriyar Mehdiyevi,eləcə də,təhsil şöbəsinin müdiri Elmira Şükürovanın vəzifəsindən uzaqlaşdıracaq.Adı çəkilən bu şəxslər vəzifəsinidən sui -istifadədə və qanunları pozmaqda günahlandırırlar.

Ümid edək ki,bundan sonra yetərincə əziyyət çəkən Ağdam camaatı üçün gözəl günlər başlayar.Onsuz da Ağdamın çox hissəsi düşmən tapdağı altındadır.Barı bizdə qalan hissəsi bir gün görsün!

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Aytən Yaşar
Bolgexeber.com