BolgeXeber.Com » Bölgə » Gəncə sahibkarlarının nəzərinə

Gəncə sahibkarlarının nəzərinə

12-05-2014, 21:10
Oxunub: 2 572 Gəncə Vergilər İdarəsinin şöbə müdiri Azər Seyidov suallarımıza cavab verdi

Bir neçə gün əvvəl “Gəncəli sahibkarlar İham Əliyevdən kömək istəyir” başlıqlı yazıda ölkənin ikinci paytaxtında baş verən qanunsuzluqlardan bəhs etmişdik. Qısa xatırlatma üçün bildirək ki, redaksiyamıza daxil olan məlumatdan bəlli olurdu ki, Vergilər Nazirliyinin illik qanuni yoxlamalarından sonra Gəncə Vergilər Ərazi İdarəsi təkrar olaraq müəssisələrdə yoxlamalar həyata keçirir, külli miqdarda cərimələr tətbiq edir və qarşılığında rüşvət alırlar. Bu isə istər-istəməz sahibkarları, iş adamlarını ölkədə yeridilən iqtisadi siyasətdən narazı salır.

Bütün bunlara aydınlıq gətirmək üçün Gəncə Vergilər Ərazi İdarəsi ilə telefon əlaqəsi saxladıq. İdarənin rəisi Şahin Eyyubov telefona cavab vermədiyi üçün, onun müavini Pərviz İsmayılovu aramalı olduq. Pərviz İsmayılovun köməkçisi bidirdi ki, rəis müavini ərazidədir. Sonra idarənin “Operativ nəzarət” şöbəsinin müdiri Azər Seyidovla əlaqə saxalayıb yazılanlara münasibətini öyrəndik. Bizimlə söhbətində Azər müəllim bildirdi ki, illik yoxlamadan sonra təkrar yoxlamanın həyata keçirilməsi qanunsuzdur. İl ərzində yalnız bircə dəfə yoxlama ola bilər. Şöbə rəisi onu da bildirdi ki, mən şəxsən qanunsuz yoxlamaya imza atmaram, əgər belə hal varsa, qoy sahibkarlar bizim idarəyə müraciət etsinlər, qanuni tədbir görək.
Qoy hüququ pozulan sahibkarlar, iş adamları öz hüquqları uğurunda mübarizə aparsınlar və unutmasınlar ki, onların qarantı ölkə başçısı İlham Əliyev cənablarıdır.
Qafqaznews.az