BolgeXeber.Com » Bölgə » Qubada körpə qaynar südlə dolu qazana düşdü

Qubada körpə qaynar südlə dolu qazana düşdü

12-05-2014, 23:15
Oxunub: 2 322 Quba rayonunun Afurca kəndində bədbəxt hadisə baş verib.

apa-nın şimal bürosunun verdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Zeynalov Arzum Vüsal oğlu qaynar südlə dolu qazana yıxılıb.

3 yaşlı körpə ağır yanıq xəsarətləri ilə dərhal Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ona hər iki aşağı ətrafın, qarnın ön divarının və bədənin arxa səthinin sağrı nahiyələrinin 2-ci və 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub.

İlkin tibbi yardım göstərildikdən sonra xəstə Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.