BolgeXeber.Com » Bölgə » Göyçayda kəndlilərə mallarını satmağa imkan vermirlər - Fotolar

Göyçayda kəndlilərə mallarını satmağa imkan vermirlər - Fotolar

13-05-2014, 15:55
Oxunub: 2 578 Bəs bu yazıq camaat necə dolansın?”

İki gündür Göyçayda kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan ticarətçiləri, həmçinin öz yetişdirdiyi məhsulu bazara gətirib satmaq istəyən şəxslərə divan tutulur. Belə ki, rayon mərkəzindəki kənd təsərrüfatı malları satılan bazar qapadılır, orada çalışan ticarətçiləri, həmçinin kəndliləri yetişdirdikləri malları Göyçayın Cəyirli kəndi ərazisində açılan ticarət mərkəzinə yönəltmək istəyirlər. Camaat isə buna etiraz edir, çünki həmin yer mərkəzdən çox uzaqdır və faktiki olaraq alver üçün uyğun deyil.
Mayın 13-də Göyçayın mərkəzindəki bazarda çalışan bir şəxs redaksiyamızla əlaqə saxlayaraq bu məkanın qapadılması prosesinin davam etdiyini dedi: “Səhər saatlarında kəndlilər yetişdirdikləri malları bazara satmağa gətirərkən icra strukturlarının işçiləri polislərin köməyi ilə onların qarşısını kəsib bazara buraxmadılar. Yüzlərlə rayon sakini hazırda çıxılmaz durumdadır. Kənd adamlarının yeganə dolanışığı qış aylarından başlayaraq istixana yetişdirdikləri, həmçinin nübar meyvə-tərəvəzi satmaqdan çıxır. İndi kəndlilərə və kənd təsərrüfatı malları satan adamlara bu imkanı vermirlər. Səhər bazara öz maşını ilə mal gətirən bir kəndliyə hücum çəkdilər, onun maşınını sıxışdırıb xəndəyə saldılar, maşında olan tərəvəz yerlə bir oldu. Bəs bu yazıq camaat necə dolansın?”
musavat.com