BolgeXeber.Com » Bölgə » Qazaxda haqsızlıqa qarşılaşan ailə intihar edəcəyini deyir

Qazaxda haqsızlıqa qarşılaşan ailə intihar edəcəyini deyir

15-05-2014, 08:20
Oxunub: 4 305 Bu hansı qanunda yazılıb?

Qazax şəhəri, Azadlıq küçəsi 126/A saylı evdə yaşayan, 6 nəfər ailə üzvünə malik, 52 yaşlı evdar qadın Xiyalova Nüşabə Kərim qızı ailəliklə ölkədəki məhkəmə haqsızlıqları ucbatından özünü intihar etmək qərarına gəlib.Bolgexeber.com bildirir ki, intiharı yaradan əsas səbəb kimi, Qazax Rayon Məhkəməsinin icra məmuru İlqar Məmmədovu görürlər. Belə ki, Xiyalova Nüşabə Kərim qızı ailədə 7 bacı, 4 nəfər qardaş olublar. Onladan rəhmətə gedənlər də vardır. Rəhmətlik anası Nəzifə Mahmudova, hələ 1993-cü ildə evini Nüşabə Xiyalova notarial qayda da vəsiyyət etməsinə baxmayaraq, 2000-ci ildə ana rəhmətə getdikdən sonra, Nüşabədən böyük bacısı Nəzirə Sarıyeva vaxtı ilə Qazaxda notariusu əvəz edən Sabir Cəfərovun köməkliyi ilə saxta vəsiyyətnamə düzəltdirərək, yurdu məhkəmə yolu ilə adına çevirə bilmişdir. Guya ev sahibi Nəzifə Mahmudova dili tutularaq sinir xəstəliyindən yatağa düşən zaman evini qızı Nəzirə Sarıyevaya vəsiyyət edibmiş. Lakin, Qazaxda tanınmış nevropatolq Ələddin Salmanov bu gün də bildirir ki,” mənim xəstəm olmuş 73 yaşlı Nəzifə Mahmudova ömründə dili, ağzı və hərəkəti tutulduğu halda vəsiyyətnamə verə bilməzdi. Bu yalnız saxtakar notarius Sabir Cəfərovun və saxta vəsiyyətnamə düzəldənlərin işidir”.
Nəzifə Mahnudova rəhmətə getdiyi 14 ildən çoxdur ki, həqiqi vəsiyyətnaməsi olan Nüşabə Xiyalovanın başı qalmaqaldadır. (Nüşabənin adına olan vəsiyyətnamə də evdən oğurlanıb. Yəqin ki, onun “kötüyü” arxivdə mütləq qalmış olar). Necə durub-oturmağı, yeyib-içməyi və bütün ailə qayğısı da yadından çıxıb. Məsələ burasıdır ki, Nüşabə Xiyalova 6 nəfər ailə üzvü ilə birlikdə valideynlərindən qalmış daxmada qeydiyyatdadır. Onun bu daxmadan başqa bir yerdə 1 qarış torpağı da yoxdur. Məsələ yerli məhkəmədən tutmuş ali məhkəməyə qədər çıxıb. Nüşabənin söylədiyinə görə, “Qazaxda evə sahib olacaq bacısının imkanı “n” qədərdir. Qazaxda Əhməd Seyidov küçəsindəki 2 mərtəbəli evi göz oxşayır. Evinin qabağında 35-40 sot həyətyanı torpaq sahəsı, kifayət qədər varı-dövləti vardır. Gəncədə yaşayan oğlunun isə varı-dövləti hesaba gəlməzdir”.
Bundan əlavə, Nüşabə Xiyalova anası rəhmətə getdiyi 14 ildir ki, yaşadığı evin qaz, işıq və digər kommunal xərclərini də ödəyir. Di gəl ki, özünün dediyinə görə, “məhkəmə sisteminin haqsızlığı, qanunun aliliyinə hörmətsiz yanaşmaları və bir neçə pula həris məmurların özbaşınalıqları məsələnin qarşı tərəfin xeyrinə həll olunmasına şərait yaradıb. Xüsusilə də, Qazax Rayon Məhkəməsinin icra məmuru İlqar Məmmədovun maraqlı məmur kimi zorla bizi küçəyə atacağı ilə hədələıməsi, ailəmizi birbaşa intihara sürükləməyə gətirib çıxarmışdır”.
Qanunları ayaqlayan dövlət məmurlıarımızın belə biabırçı hərəkətləri üçün ailə axırıncı yolu intiharda görür.
Olduqca imkansız və tam şəraitsiz daxmada yaşayan Nüşabə Xiyalova onu da bildirir ki, “bacımın varı başından aşır, bilmir axşamlar hansı evində gecələsin, ancaq pula, rüşvətə özünü qurban verən üzdən iraq ədliyyə işçiləri məni bu uçuq komamdan da çıxarıb küçəyə atmaq istəyirlər. Bu hansı qanunda yazılıb? Ən geridə qalmış ölkələrdə də belə şey ola bilməz”.
Elə bu gün Nüşabə Xiyalova ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun sədri Mehriban Əliyevaya, Milli Məclisin sədri Oqtay Əsədova, Resbublikanın Baş Prokuroru Zakir Qaralova və MTN-in Qazax Rayon Şöbəsinin sədrinə bir ailənin özünü intihar edəcəyi barədə teleqrama vurmuş, neçə ki, gec deyil, onlardan ədalət naminə köməklik istəmişlər.

İlham Hacalı
Bolgexeber.com